top
Vidadi Rzayev: Kəpəzin əsas problemi keçmiş rəhbərliyindədir Idman.biz
11 iyun 2025, 14:49
- ↺ +

Vidadi Rzayev: "Kəpəz"in əsas problemi keçmiş rəhbərliyindədir

"Adil Şükürov 2023-24 mövsümündə "Kəpəz"i Premyer Liqada saxlamağı bacardı. Amma hamı deyirdi ki, yaxşı məşqçi deyil".

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, Adil Şükürovun yenidən "Kəpəz"in "sükanı arxasına" keçməsinə münasibət bildirib. Rzayevin sözlərinə görə, komanda əsas problem məşqçilərdə deyil, rəhbərlikdədir: "Kəpəz" Premyer Liqaya vəsiqə qazandığı zaman komandanın baş məşqçisi Yaşar Vahabzadə idi. Həmin vaxt 1-2 futbolçu istisna, düzgün transfer siyasəti aparıldı. Daha sonra o, komandadan göndərildi və yerinə Tərlan Əhmədov gətirildi. Yekunda "Kəpəz" aşağı liqaya düşmədi. Ardınca komanda Azər Məmmədova həvalə edildi. Yeni transferlər olundu, o da klubdan ayrıldı. Sonra Adil Şükürov "Kəpəz"i Premyer Liqada saxladı və Gəncə təmsilçisi onunla yolunu ayırdı. Bu proses həmişə belə davam edir. Şükürovun daha əvvəl niyə uğurlu olmadığını isə keçmiş rəhbərlikdən soruşmaq lazımdır. Onlara sual verilməlidir ki, gəlirlər komandanı liqada saxlayırlar və göndərilirlər. Bir məşqçiyə 6-7 ay ərzində qiymət vermək olmaz. Deməli, rəhbərlikdə problem var. Son mövsümdə Azər Bağırov da komandanı liqada saxlasa da, getdi. Pis məşqçidir? Mən onun qalmasının tərəfdarı idim. Çünki əziyyət çəkmişdi. Hətta Tərlan Əhmədov da qalmalı idi. Lakin eyni ssenarini bütün məşqçilər üzərində oynayırlar. Hər kəs deyir ki, komandada İlqar Nadirinin (indiki "Kəpəz"in icraçı-direktoru – red.) böyük əziyyəti var. Onun nə əziyyəti var ki? Əziyyəti çəkən baş məşqçidir".

Veteran futbolçu yeni çalışdırıcıya uğurlar arzulayıb. O bildirib ki, klubda işləyən məşqçilərin heç biri pis məşqçi olmayıb: "Adil Şükürovun uğurlu olub olmamasını isə zaman göstərəcək. Onu komandaya gətiriblərsə, yalnız uğurlar arzu edə bilərik. "Kəpəz"in əsas problemi keçmiş rəhbərliyi olub. Yerdəyişmə etdilər, lakin ssenari hələ də eynidir. Film əməliyyatı davam edir, hələ də kino çəkirlər".

Qeyd edək ki, Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub. 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Mehri Qurban
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Futbol
Bu gün, 15:57

İPL-nin IX turunda böhranda olan "Mançester Yunayted" və liderliyi bölüşən "Liverpul" ilə "Arsenal" qarşılaşacaqlar

Futbol
Bu gün, 15:55

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Oxşar xəbərlər