top
Vidadi Rzayev: “Gəncədə uşaq futbolu üçün ayrılan pulları basıb yeyirlər” İdman.biz
13 noyabr 2024, 16:58
- ↺ +

Vidadi Rzayev: “Gəncədə uşaq futbolu üçün ayrılan pulları basıb yeyirlər”

"Gəncədə uşaq futbolunun inkişafı üçün lazımı şərait yoxdur".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, Gəncədə keçirilən futbol turnirində U-8 və U-11 komandalarının şəraitsizlikdən yarışdan imtina etmələrinə münasibət bildirib.

Onun sözlərinə görə, əvvəllər belə kütləvi yarışlar Göygöldə keçirilir. Amma bu dəfə fərqli məkan seçilib.

"Gəncə" futbolunun yetirməsi 40-a yaxın komandanın bu qərarını normal qarşıladığını deyib: "Çünki şərait olmalıdır. Ona görə də uşaq futbolumuz bu vəziyyətdədir. Təəssüflər olsun ki, XXI əsrdə yaşayırıq, amma bu kimi məsələlər öz həllini hələ də tapmayıb. Gəncədə uşaq klublarının heç geyimləri yoxdur. Bütün pulları basıb yeyirlər. Bunları danışmaqdan yorulduq. Bu barədə adam nə qədər danışar? Uşaqlar oynamağa top belə tapmırlar. Hamı deyir ki, Gəncə futbolun mərkəzidir. Amma belə şey yoxdur".

Rzayev Gəncədə artıq uşaq futbolunun məhv olduğunu da vurğulayıb: "Bunların da hamısını klubun rəhbərliyi edib. Mən "Kəpəz"də işləyəndə də bu vəziyyətdə idi. Bütün sözlərimin arxasında dururam. Başqa klublarda belə şey yoxdur. Həftənin əvvəlində "Turan Tovuz"un akademiyasında olduq. Uşaqlar üçün bütün şərait yaradılıb".

Qeyd edək ki, Xezerxeber.aza 40-a yaxın komandanın yarışdan imtina səbəbi müvafiq şəraitin yaradılmaması və əsasnamədə nəzərdə tutulan təminatın verilməməsi ilə əlaqələndirilib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər