top
Veysəl Rzayevin bıçaqlanması: Yeni təfərrüatlar, dava səbəbi və yanındakı futbolçu Idman.biz
03 fevral 2026, 13:52
- ↺ +

Veysəl Rzayevin bıçaqlanması: Yeni təfərrüatlar, dava səbəbi və yanındakı futbolçu

"Kəpəz"in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının yeni təfərrüatı bəlli olub.

İdman.Biz qafqazinfo.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.

Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində isə onlar xanımlarla birgə restoranı tərk ediblər.

İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb. V.Rzayevin dostunu qorumaq üçün özünü irəli verdiyi və bıçağın ona dəydiyi bildirilir.

Nəticədə futbolçu ağır yaralanıb.

Maraqlıdır ki, Veysəlin yanındakı dostu da "Kəpəz"in keçmiş futbolçusu Nihat Fərəcidir. Hazırda o, İkinci liqada mübarizə aparan "Şəki Siti" klubunda çıxış edir.

10:09

"Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevin iştirakı ilə baş vermiş insidentin bəzi təfərrüatları məlum olub.

İdman.Biz-in əldə etdiyi məlumata görə, hadisə gecə saat 01:00 radələrində Gəncə şəhərində baş verib.

Münaqişə zamanı Veysəl Rzayev bıçaq xəsarəti alıb.

İddiaya görə, mübahisə qız üstündə yaranıb. Veysəl Rzayev də həmin dava zamanı hadisəyə qarışıb və bıçaqlanıb. Onun vəziyyəti ağır qiymətləndirilsə də, həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından gencexeber.az-a verilən məlumata görə, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Xatırladaq ki, V.Rzayev ötən ilin aprelində də davaya qarışıb. Həmin vaxt "Turan Tovuz"da çıxış edən futbolçu "Səbail"lə 0:0 hesablı oyundan sonra öz komandasının azarkeşləri ilə mübahisə edib. Meydana 19-cu dəqiqədə daxil olan V.Rzayev tribunadan səslənən atmacalara cavab verib və nəticədə insident yaşanıb. Hadisə mühafizəçilərin müdaxiləsindən sonra sakitləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

08:34

Gəncədə futbolçu bıçaqlanıb.

İdman.Biz gencexeber.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Məlumata görə, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Zərərçəkənə təcili tibbi yardım göstərilib, əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur. O, ötən ay qış transfer pəncərəsi dövründə "Turan Tovuz"dan "Kəpəz"ə transfer olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от İdman və Biz (@idmanbiz)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Oxşar xəbərlər