Rahim Sterlinqi heyətində görmək istəyən komandaların sırasına "Vest Hem" də qoşulub.
İdman.biz xəbər verir ki, 30 yaşlı futbolçu "Çelsi"nin planlarına daxil deyil.
Ötən mövsümü icarə əsasında "Arsenal"da keçirən Sterlinq özünə yeni komanda axtarır. Ona ingilis klubları ilə yanaşı qitənin digər ölkələrindən təkliflər var.
Qeyd edək ki, "Mançester Siti"nin heyətində 4 dəfə çempion olan Rahimin "zadəganlar"la 2027-ci ilin yayına kimi müqaviləsi var.
İdman.biz