İngiltərənin "Vest Hem" klubu Maykl Antonio ilə yolları ayırıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddətinin yenilənmədiyi bildirlib. Bununla yanaşı, Premyer Liqa təmsilçisi 2024-ci ilin dekabrında ciddi avtoqəzadan sonra futbolçuya reabilitasiya prosesində dəstək və kömək göstərməyə davam edəcəyini də açıqlayıb. Bu mənada futbolçuya klubda alternativ rol verilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2015-ci ildən "Vest Hem"in formasını geyinən M.Antonio komandanın heyətində ümumilikdə meydana çıxdığı 323 matçda 83 qola imza atıb.