top
Vernidub Neftçinin Kəpəz üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: Hər şeyi əvvəlcədən bilirdik Idman.biz
Dünən, 23:24
- ↺ +

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra futbolçularının çıxışını və komandadakı vəziyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonrakı mətbuat konfransına Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etməklə başlayıb.

"Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, istədikləri kimi və xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin. İnsanlar sülh içində yaşasınlar, istədikləri həyatı görsünlər. Bu günü görməyi çox istəyirəm. Ümidvaram ki, bu olanda həyatda olacağam".

Vernidub ardıcıl ikinci oyunda əvəzetmədən meydana çıxan futbolçunun qələbə qolunu vurmasına da münasibət bildirib. Baş məşqçi bunun təsadüfi olmadığını və əvəzetmələrin əvvəlcədən planlaşdırıldığını qeyd edib:

"Çox sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər. Bu, o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədir. Oyundan öncə də Şkribekə bildirdim ki, əsas heyətdə oynamayacaq, sonradan meydana daxil olacaq. Dincəlmək üçün vaxt verdik. Hər oyundan əvvəl qərar veririk ki, kimi kiminlə əvəzləyəcəyik və oyunumuzu gücləndirəcəyik. Ona görə biz həmişə bilirik ki, kim meydana çıxacaq. Bu, məni çox qane edir və sevindirir".

Ukraynalı çalışdırıcı növbəti turda "Araz-Naxçıvan"la Şamaxıda, süni örtüklü meydançada keçiriləcək qarşılaşmaya da toxunub. O, meydançanın vəziyyətinin komanda üçün problem yaratmamalı olduğunu düşünür:

"Hamı orada oynayır, tək "Neftçi" deyil ki. Qorxulu bir şey yoxdur. Orada oynamalıyıq. Çünki ən yuxarı pillələrdə olmaq istəyirik. Buna görə çıxıb oynamalıyıq. Səhv etmirəmsə, Premyer Liqada cəmi iki belə meydança var. Biri Şamaxıda, biri də Yevlaxda. Çox istəyərdim ki, bundan sonra bütün komandalar yaxşı stadionlarda oynasınlar".

Vernidub milli komandalara dəvət alan futbolçularının sayından razı qaldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, "Neftçi"nin üç legioneri xarici ölkələrin, dörd futbolçusu isə Azərbaycan millisində çıxış edir:

"Birinci deyim ki, millidə oynamaq böyük fəxrdir. Bu, xüsusilə də milli komandalarda oynayanların səviyyəsi haqda çox şey deyir. İndi bizdə xarici millilərdə üç, Azərbaycan millisində dörd oyunçu oynayır. Onlara görə çox sevinirəm. Sadəcə, istərdim ki, zədə almadan geri qayıtsınlar. Əllərindən gələni etsinlər ki, öz milliləri qalib gəlsin. Azərbaycan millisinin qrupu birinci pillədə başa vurmasını çox istəyirəm. Eləcə də legionerlərimizin".

Baş məşqçi "Neftçi"nin kapitanı Emin Mahmudovun Azərbaycan millisində karyerasını başa vurmaq qərarına ayrıca münasibət bildirib. Vernidub bu qərarın çətin olduğunu, lakin futbolçunun seçiminə hörmətlə yanaşdığını qeyd edib:

"Emin Azərbaycanda ən yüksəkdə duran futbolçulardan biridir. O, uzun müddətdir millidə oynayır. Hər zaman da istəyir ki, ən yaxşı nəticələrə nail olsun. Eyni zamanda, "Neftçi"nin açar oyunçularından biridir. "Neftçi" üçün kifayət qədər çox oyun oynayıb. Bilirəm, qərar verib. Ağır qərardır. Amma həyatda belə şeylər olur. Ona görə də onun daha çox vaxtı olacaq ki, öz klubuna vaxt ayırsın. Biz illər keçdikcə gəncləşmirik, yaşlanırıq (gülür). Yaş da bəzən öz sözünü deyir".

Vernidub Mahmudovun komandada daha uzun müddət qalmasını istədiyini və onun kapitan kimi rolunu yüksək qiymətləndirdiyini bildirib.

"Çox istəyərdim ki, "Neftçi"də daha çox oynamağa davam etsin və fayda versin. O, buna layiqdir, həm peşəkar, həm də insan kimi. Emin mənə çox kömək edir. Oyunçularla söhbət zamanı, ailədaxili məsələlərin həllində də. Əsl kapitan kimi öz rolunu icra edir. Həm mən onunla tam açığam, həm də o mənimlə".

Mahmudovun mövsümün sonunda futbolçu karyerasını da başa vurmaq ehtimalına gəlincə, baş məşqçi onun gələcəkdə "Neftçi"də başqa vəzifədə çalışa biləcəyini istisna etməyib.

""Neftçi"yə ömrünü verib, 10 ildir ki, buradadır. Onunla danışmışam. Elə şey olsa da, qalıb menecer kimi də klubda işləyə bilər, məşqçi kimi də. Hazırlaşsa, çox gözəl məşqçi olar. Amma öz adını istənilən halda "Neftçi"nin tarixinə qızıl hərflərlə yazdırıb".

Vernidub Emil Səfərovun milli komandaya dəvət almaması və klubdakı vəziyyəti barədə də danışıb. Mütəxəssis futbolçunun əvvəlki formasına qayıtması üçün daha çox çalışmalı olduğunu düşünür.

"Bu, bizim daxili mətbəximizdir. Hər şey yaxşı olacaq. Biz onunla danışırıq, söhbət edirik. Düşünürük ki, dincəlsin və üzərində daha çox işləsin ki, əvvəlki Səfərov olsun. "Neftçi" onunla boş yerə müqavilə imzalamayıb. Emil bizə lazım olan futbolçudur, komandamız üçün çox önəmlidir. O, bunu nə qədər tez anlasa, komanda və özü üçün yaxşı olacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Qarabağ FK
Dünən, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Futbol
Dünən, 20:39

Qalatasaray Alexey Batrakovun maaşını 6 milyon avroya çatdıraraq onu komandada saxlamağa hazırlanır

Qarabağ FK
Dünən, 20:33

Turan Tovuz “Qarabağ”ı məğlub etdi: Liderlərlə mübarizədə uğur qazandı

Digər
Dünən, 20:30

Azərbaycanın dopinqlə mübarizə təcrübəsi UNESCO proqramında Afrika ölkələrinə təqdim olundu

Oxşar xəbərlər