top
Vernidub: Fiziki hazırlıq və intizamı düzəltməklə Neftçini yüksək səviyyəyə qaldıracağıq Sport24.az
15 dekabr 2025, 22:45
- ↺ +

Vernidub: Fiziki hazırlıq və intizamı düzəltməklə "Neftçi"ni yüksək səviyyəyə qaldıracağıq

Misli Premyer Liqasının XV turunun "Neftçi" – "Sumqayıt" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

 

– Üstünlüyü nə üçün qoruya bilmədiniz?
– 65-70 dəqiqə meydanda əsil futbol var idi. Həmin ana qədər rəqib hansısa təhlükə yarada bilmədi. İki qol vurduq, əlavə üçünü də vura bilərdik. Bu məqam qələbə qazana bilməməyimizin səbəbi idi. Şanslardan yararlana bilmədik. Son 20 dəqiqəni çətin keçirdik. Futbolçular yorulmuşdu. Səmimi deyim, fiziki güc yetərli deyildi. Bunların hamısını yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də "Karvan-Yevlax"la oyundan sonra toplanışa başlayacağıq və komandanı daha yaxşı hazır edəcəyik. Yaxşı komandamız var. Sadəcə bir-iki şeylər düzəlməlidir – intizam və fiziki durum. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik ki, "Neftçi" yüksək səviyyəyə qalxsın. "Neftçi"ni "Dinamo", "Şaxtyor"la müqayisə edirəm. "Neftçi" Azərbaycan futbolunun brendidir.

 

– Qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?


– Böyük hədəflər var. Düzdür, çətindir. Rəhbərliyin tələblərini bilirəm. Həyat göstərəcək necə olacaq. Bugünkü matçın 60-65 dəqiqəsi kimi oynasaq, yaxşı nəticələr gələcək. Əlimdən gələn hər şeyi edəcəyəm. Aradakı xal fərqini bilirəm. Amma futbolda hər şey mümkündür. Buna inanıram, inanmasam, gəlməzdim.

 

– Bu heyət minimal hədəf üçün yetərlidir?


– Komandaya gələndən sonra hər şeyi dəyişməyin tərəfdarı deyiləm. Heyətdə yaxşı oyunçularımız var. Düzdür, yaxşı nəticələr üçün mövqeləri gücləndirmək lazımdır. Bir müddət sonra rəhbərliklə danışacağıq, axtarışlar edəcəyik. Hər mövqedə iki bərabər oyunçunun olmasını istəyirəm. Fasiləyə qədər bir oyunumuz var. Daha sonra bir aylıq fasilə olacaq. Futbolçuları müəyyən qədər tanıyıram. Onlar üzərində çalışmaq lazımdır. Heyəti dəyişməklə nəsə əldə etmək çətindir.

 

– "Neftçi" bu gün çoxlu qol epizodları yaratdı. Maraqlıdır, qısa müddətdə komandada nəyi dəyişdiniz?


– İlk növbədə hər futbolçu ilə danışmaq, söhbət etmək lazımdır. Dominant futbola üstünlük verməliyik. Oyunun startından pressinq etmək önəmlidir. Eyni zamanda qaçış məsafəsini azaltmaq lazımdır.

 

– Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?


– Bassala Sambu çox böyük iş gördü, "Sumqayıt"ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onunj şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın "Portu"da, "Beşiktaş"da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Oxşar xəbərlər