Almaniya Bundesliqasının 8-ci turunda "Verder" "Union"u qəbul edib.
İdman.Biz bildirir ki, qarşılaşma Bremendəki "Voninvest Veserstadion"da keçirilib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə qurtarıb.
Matçın yeganə qolunu 72-ci dəqiqədə Marko Qryull vurub.
Bu oyundan sonra "Verder" 11 xalla 7-ci yerdədir. 1 xal az toplamış Berlin klubu isə 10-cu yerdə qərarlaşıb.