İtaliya A Seriyasının 11-ci turunda "Venesiya" doğma meydanda "Udineze"ni 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmada bütün qollar fasilədən sonra vurulub.
54-cü dəqiqədə Toma Basiç meydan sahiblərini hesabda önə çıxarıb. Cəmi üç dəqiqə sonra "Venesiya"nın müdafiəçisi Matias Moreno avtoqol müəllifi olub və hesab bərabərləşib.
Lakin meydan sahibləri üstünlüyü yenidən ələ keçiriblər. 65-ci dəqiqədə Kike Peres fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra xalların sayını altıya çatdıran meydan sahibləri sonuncu pillədən qurtulublar. Əvəzində beş xalı olan "Udineze" sonuncu pilləyə düşüb.