Son Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən oyunda zədə problemi ilə üzləşib. Sport24.az xəbər verir ki, Norveçin "Vikinq" klubu ilə səfər qarşılaşmasının birinci hissəsində təmsilçimizin futbolçusu Velko Simiç zədələnib.
Yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və 33-cü dəqiqədə Coy-Lens Mikel ilə əvəzlənib.
Qeyd edək ki, hazırda davam edən "Vikinq" – "Sabah" matçında hesab 1:1-dir.