Azərbaycan Kubokunun final matçı maraqlı olacaq.
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Ya məğlub olmalısan, ya da qalib gəlməlisən. Bizi gərgin qarşılaşma gözləyir".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.