top
Vaqif Sadıqov: Sabahın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram Report.az
18 iyul 2025, 14:46
- ↺ +

Vaqif Sadıqov: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram

"Sabah" UEFA Konfrans Liqasında uğurlu nəticələr əldə etməklə azarkeşləri sevindirəcək.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, heç bir rəqibə yuxarıdan-aşağı baxmamağı məsləhət görüb:

"Əslində, "Sele" komandasını da keçəcəyimizə inanırdıq. "Sabah"ın bunun üçün potensialı var idi. Vurulan qollara baxsaq, görərik ki, baş məşqçinin nöqsanları aradan qaldırması üçün vaxta ehtiyacı var. Növbəti rəqib "Petrokub"la duellərdə isə üstün oyun göstərməklə müsbət nəticə əldə etmək mümkündür. Bir şeyi başa düşməliyik, hansısa rəqibə yuxarıdan-aşağı baxmamalıyıq. Həmçinin kiminsə bizə bu şəkildə yanaşmasına imkan verməməliyik. "Sabah"ın oyunu göstərdi ki, heç bir rəqibdən çəkinmək lazım deyil. Həmçinin rəqibə hörmətlə yanaşmaq çox vacibdir. "Petrokub"la matçlara çox cidi yanaşmaq lazımdır".

Azərbaycan millisinin sabiq baş məşqçisi "Sele" ilə hər iki oyunda "Sabah"ın özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:

"İlk matç göstərdi ki, cavab görüşü gərgin keçəcək. İlk oyunda son dəqiqələrdə buraxılan top ümumi nəticəyə təsir etdi. Buna baxmayaraq, düşünürəm ki, "Sabah" hər iki oyunda özünü yaxşı tərəfdən göstərdi. İnanıram ki, komanda UEFA Konfrans Liqasında uğurlu nəticələr əldə etməklə azarkeşləri sevindirəcək".

Qeyd edək ki, paytaxt klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə (Sloveniya) iki oyunun nəticəsinə görə məğlub olub - 2:3, 3:3.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" komandası ilə üz-üzə gələcək. Bakı klubu ilk oyunu səfərdə keçirəcək.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Oxşar xəbərlər