top
Vaqif Sadıqov: Sabah, Qarabağla rəqabətə hazırdır, lakin zirvə üçün daha çox çalışmalıdır Idman.biz
30 dekabr 2025, 10:01
- ↺ +

Vaqif Sadıqov: "Sabah", "Qarabağ"la rəqabətə hazırdır, lakin zirvə üçün daha çox çalışmalıdır

"Sabah" ilk gündən etibarən iddialı layihə idi. Komandanın qarşısına qoyulan əsas vəzifə yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Bu günə qədər görülən işlər də bunu açıq şəkildə göstərir. İnfrastrukturun yenilənməsi, akademiyanın yaradılması və klubun idarə olunmasında tətbiq edilən peşəkar yanaşma bunu deməyə əsas verir".

Bu fikirləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, "Sabah"ın nümayiş etdirdiyi oyun modeli komandaya Misli Premyer Liqasında "Qarabağ"la bərabər səviyyədə rəqabət aparmağa imkan yaradır:

"Adətən bu cür oyunu "Neftçi"dən görməyə vərdiş etmişdik. Təəssüf ki, hazırda flaqmanımız həmin səviyyədə çıxış etmir. "Sabah" isə planlı və ardıcıl iş aparmaqla bu mərhələyə yüksələ bilib. Son illərin dominant komandası olan "Qarabağ"la eyni səviyyədə mübarizə apara bilmələri bunun bariz nümunəsidir. Qış çempionu olmaları və mövsümü lider kimi başa vurmaq istəkləri onların nə qədər iddialı olduqlarını göstərir".

V.Sadıqov "Sabah"ın əsas üstünlüklərindən birinin komanda oyunu olduğunu xüsusi vurğulayıb:

"Uzunmüddətli marafonda böyük nəticə əldə etmək üçün etibarlı futbol oynamaq vacibdir. Bu etibarlılıq yalnız müdafiə xətti ilə məhdudlaşmamalı, bütün mövqelərdə özünü göstərməlidir. Statistik göstəricilərə nəzər salsaq, Masazır təmsilçisinin çempionatda ən az qol buraxan komanda olduğunu görərik. Müdafiədə möhkəm, hücumda isə effektiv çıxış etməklə balanslı oyun nümayiş etdirdilər. Bu da onların liderliyini tam əsaslandırır. Qış fasiləsinə qədər olan oyunlara baxdıqda görünür ki, "Sabah"ın baş məşqçisi oyundan-oyuna futbolçulardan istədiyini ala bilirdi. Komandadan oturuşmuş və sistemli oyun tələb olunurdu və bu, fasiləyə yaxın daha aydın hiss edilməyə başladı. Məşqçinin də qeyd etdiyi kimi, "Qarabağ"ı zirvədən endirmək üçün daha artıq çalışmalı və bu məqsədə tam köklənməlidirlər".

Təcrübəli mütəxəssis bildirib ki, baş məşqçi mövcud boşluqları dəqiq bilir və ikinci dövrədə daha güclü "Sabah" formalaşdırmaq üçün addımlar atılacaq:

"Məncə, hazırda "Sabah" komanda baxımından kifayət qədər güclüdür və demək olar ki, iki bərabərsəviyyəli heyətə malikdir. Azərbaycan millisinin üzvləri əsas heyətdə yer tapmaqda çətinlik çəkirlərsə, bu da rəqabətin nə qədər ciddi olduğunun göstəricisidir. Rəqabət olan yerdə inkişaf qaçılmazdır. Bu inkişaf yalnız legionerlərlə məhdudlaşmayacaq, yerli futbolçulara da müsbət təsir göstərəcək. Nəticədə bundan Azərbaycan futbolu ümumi şəkildə faydalanacaq".

V.Sadıqov eyni zamanda "Qarabağ"ın bir neçə cəbhədə mübarizə aparmasının da nəticələrə təsir etdiyini vurğulayıb:

"Qarabağ"a bir neçə cəbhədə mübarizə aparması çətinlik yaradıb, Çempionlar Liqasında ilk oyunlardakı uğurlu çıxışı komandanın əsas diqqətini həmin turnirə yönəltməsinə səbəb olub. Ağdam təmsilçisi azarkeşlərini sevindirmək üçün maksimum nəticə əldə etməyə çalışırdı. Bu məqsədlə çempionatda müəyyən rotasiyalar edilirdi ki, bu da oyun keyfiyyətinə təsirsiz ötüşmürdü. Nəticədə bəzi qarşılaşmalarda xal itkiləri yaşandı. Əvvəlki illərdə rotasiya tətbiq edilsə də, "Qarabağ" adətən qış fasiləsinə lider kimi yollanırdı. Bu mövsüm isə rəqabət xeyli artıb. Bir çox komandalar inkişaf edib, çempionatın ümumi səviyyəsi yüksəlməkdədir. Bu da "Qarabağ"ın nəticələrinə təsir göstərib. İlk yarıda əsas problemlərdən biri bütün diqqətin Çempionlar Liqasına yönəldilməsi oldu. Ordakı rəqiblərin keyfiyyəti və gücü əvvəlki illərlə müqayisədə xeyli artıb. Yeni formata uyğun oyun sərgiləmək tələb olunur. Oyunlar arasındakı vaxtın az olması isə komandanın bərpasını və hazırlıq prosesini çətinləşdirirdi. Qurban Qurbanov bir tərəfdən komandanı tam kökləməyə çalışır, digər tərəfdən isə bəzi aparıcı futbolçulara Premyer Liqada istirahət verirdi. Bu da kollektivin hər oyunda maksimum gücünü ortaya qoymasına mane olurdu. Buna baxmayaraq, "Qarabağ" hər zaman öz potensialını sübut etməyə çalışan komandadır. İnanıram ki, mövsümün ikinci yarısında daha gərgin və maraqlı mübarizənin şahidi olacağıq".

Vaqif bəy Ağdam təmsilçisinin "Ayaks"la həlledici oyunda qələbəyə yaxın olmasına baxmayaraq məqsədə çata bilməməsinin futbolçulara psixoloji təsir göstərdiyini düşünür:

"Sabah"ın əksinə Ağdam təmsilçisində oyundan-oyuna müəyyən eniş müşahidə olunurdu. Bu da başadüşüləndir. Komanda bütün cəbhələrdə uğur qazanmaq üçün maksimum güc sərf edirdi və bu, müəyyən məqamda öz təsirini göstərməli idi. Təəssüf ki, "Ayaks"la qarşılaşmada bunun şahidi olduq. Həlledici oyun idi və qələbə qazansaydılar, böyük ehtimalla pley-off mərhələsinə vəsiqə əldə edəcəkdilər. Qələbəyə bu qədər yaxın ikən məqsədə çata bilməmələri futbolçulara psixoloji baxımdan da təsir etdi. Nəticədə komanda son oyunlarda arzu olunan səviyyədə çıxış edə bilmədi. Əsas məsələ isə bu vəziyyətdən tezliklə çıxış yolu tapmaqdır. Çünki mövsümün ikinci yarısında onları daha ağır və gərgin qarşılaşmalar gözləyir".

V.Sadıqov hesab edir ki, mövsümün ikinci yarısında komandalar güclənəcək və transfer bazarında fəallıq artacaq:

"Turnir cədvəlinə nəzər saldıqda da görünür ki, iki komanda digərlərindən xeyli irəli çıxıb. Bu səbəbdən çempionluq mübarizəsinin əsasən bu iki kollektiv arasında gedəcəyini söyləmək olar. Uzun illərdən sonra qış çempionunun dəyişməsi isə iddialı və böyük hədəfləri olan klublara ciddi mesajdır. İnanıram ki, bütün klublar daha da güclənməyə çalışacaq, iddialı komandalar transfer bazarında fəallıq göstərəcək. Bunun nəticəsində də mövsümün ikinci yarısında bizi gərgin və maraqlı mübarizə gözləyir. Sonda isə ədalətli oyunda güclü olan qalib gələcək və gələcəkdə Avropa arenasında bizi layiqincə təmsil edən bir neçə komandanın adını biləcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Oxşar xəbərlər