top
Vaqif Sadıqov: Qarabağla rəqabət aparan komandaların artması çempionata rəng qatır Idman.biz
23 dekabr 2025, 18:37
- ↺ +

Vaqif Sadıqov: "Qarabağ"la rəqabət aparan komandaların artması çempionata rəng qatır

Misli Premyer Liqasının 2025/2026 mövsümündə "Qarabağ"la rəqabət aparan komandaların sayının artması çempionata rəng qatır.

Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Qurum rəsmisi çempionatın gərgin keçdiyini vurğulayıb.

"Çox maraqlı, gərgin çempionatdır. Bu gün "qış çempionu"nun dəyişməsi də elə-belə deyil. "Sabah" ili birinci yerdə bitirdi. Çempionatın belə gedişatını əvvəlcədən proqnozlaşdırırdıq və gözləntilərimiz də özünü doğruldur. Avrokuboklara iddialı olan komandaların sayı getdikcə artır. Bu da istər-istəməz Misli Premyer Liqanın səviyyəsinə yaxşı mənada təsir edir. "Qarabağ" iki "cəbhə"də mübarizə aparır. Bu səbəbdən istər-istəməz heyətdə rotasiyalar həyata keçirilir. "Sabah"ın uğurlu çıxışına ləkə salmaq fikrində deyiləm. Komanda oyundan-oyuna artırır. Deyərdim ki, "Qarabağ"a qarşı matçda ən yaxşı performanslarını göstərdilər. İstəklərinə nail oldular və ili "qış çempionu" kimi bitirdilər", - deyə o, "Report"a açıqlamasında deyib.

Mütəxəssis fasiləyə turnir cədvəlinin ikinci pilləsində yollanan "Qarabağ"da yorğunluq hiss olduğunu söyləyib:

"Hər komandada yüksəliş və eniş olur. Yüksəlişi qoruyub saxlamaq, enişi isə keçib yola davam etmək vacibdir. "Qarabağ"da son oyunlarda yorğunluq hiss olunurdu. Bir neçə "cəbhə"də mübarizə aparmaq asan deyil. Nəzərə alaq ki, UEFA Çempionlar Liqasında da oyunların sayı artıb. İstər-istəməz köklənmək çətin olur. Baş məşqçi Qurban Qurbanov da açıqlamalarında məhz yorğunluq olduğunu deyirdi. Buna baxmayaraq, həmişə "Qarabağ"ı dominant futbol oynayan komanda kimi görürük. "Qarabağ"la mübarizə aparan komandaların sayı artır, bu isə ancaq çempionata rəng qatacaq".

O, "Turan Tovuz"un hədəflərinə çatmaq potensialının çox olduğunu düşünür:

"Turan Tovuz"un xal ehtiyatına baxanda hədəfindən geri qalmadığı görünür. İddialı olduğunu sübut edir. Hədəflər də ilən-ilə böyüyür. Hər birimiz komandanın bu il ən azı avrokuboklara vəsiqə qazanacağını, tovuzlu azarkeşləri sevindirəcəyini və ölkəmizi layiqli şəkildə təmsil edəcəyini gözləyirik. Bu gün "Turan Tovuz"la yanaşı, "Zirə"nin, "Sumqayıt"ın, "Araz-Naxçıvan"ın da şansları var. Avrokuboklara düşmək üçün sona qədər mübarizə aparacaqlar. Qış fasiləsindən, "transfer pəncərəsi"ndən istifadə edənlər güclərinə güc qatacaqlar. Bu sözləri təkcə üst pillələrdə qərarlaşan komandalara deyil, həm də Misli Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlara şamil etmək lazımdır. Səmərəli və faydalı transferlər həyata keçirilsə, daha rəqabətli çempionata şahid olarıq. Hər komandaya uğurlar arzulayıram".

V.Sadıqov vaxtilə həm futbolçu, həm də baş məşqçi kimi çıxış etdiyi "Neftçi"nin avokuboklara düşmək uğrunda mübarizə aparacağını vurğulayıb:

"Yuri Vernidubun gəlişindən sonra "Neftçi"nin hədəfləri də açıqlanıb. Ən azı avrokuboklara düşmək uğrunda mübarizə aparacaqlar. Hədəfə çatmaq üçün böyük potensialları olduğunu vurğulamalıyam. Klub rəhbərliyi tərəfindən atılan addımlar da məhz buna hesablanıb. Düşünürəm ki, bir neçə oyunda yeni baş məşqçiyə lazımi məlumatları toplamaq üçün şərait yaradılıb. Böyük ehtimalla qarşıya "Neftçi"nin əvvəlki əzəmətini qaytarmaq hədəfi qoyulacaq. Düşünürəm ki, "Neftçi" sona qədər mübarizə aparacaq. "Flaqman" olduqlarını hər oyunda sübut etməlidirlər. Bu hədəfə çatmaq üçün bacardıqlarından artıq güc qoymalıdırlar. "Neftçi" ən yüksək yerlər uğrunda mübarizə aparan komanda olmalıdır. Təəssüf ki, son vaxtlar bunun şahidi olmuruq. İnanıram ki, atılacaq addımlar gələcəkdə istədiyimiz "Neftçi"ni görməyə imkan verəcək".

AFFA rəsmisi aşağı pillələrdə yer alan komandaların çıxışına da toxunub:

"Aşağı pillələrdə yer alan komandalar arasında da sona qədər mübarizə gedəcək. İstərdim ki, güclü olanlar elitada yerlərini qoruyub saxlasınlar. "Kəpəz"in ənənəsi var, ancaq özlərinə uyğun yerdə deyillər. "Qəbələ" bizi həmişə Avropada sevindirən, Azərbaycan çempionatında yuxarı pillələrdə yer alan komanda idi. "Karvan-Yevlax" uzun müddətdən sonra Misli Premyer Liqaya vəsiqə qazanıb, bu gün özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bu komandalarda problemlər bəllidir. Fikrimcə, həll edib, yola davam edəcəklər. Mövsümün qalan hissəsində gərgin, amansız mübarizənin şahidi olacağıq".

Qeyd edək ki, Misli Premyer Liqasında 16 turdan sonra "Sabah" 37 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ" (36 xal) ikinci, "Zirə" (28 xal) üçüncü pillədə yer alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”dəki dəyişikliklərdən danışdı: “Qələbəyə aparan yolu tapmışıq”

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Futbol
Bu gün, 02:04

Marko Roze: Manchester United oyunda qəzəbli və aqressiv olacaq

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Futbol
Bu gün, 01:12

İngiltərə Premyer Liqasında İpsviç Taun və Nottingem Forest heç-heçəyə qoşdu: 1:1

Futbol
Bu gün, 01:06

Alaves son dəqiqədə vurduğu qolla Malaga qarşısında 1:1 hesabla heç-heçəyə imza atdı

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Futbol
Bu gün, 00:42

"Borussiya" Bundesliga yeddinci turda "Ştutqart"ı 3-2 məğlub edərək ilk qələbəsini qazandı

Futbol
Bu gün, 00:34

PSJ‑nin “Lion”la qarşılaşması 26 oktyabrda keçir – Uğursuz statistikaya görə gərginlik

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Futbol
Dünən, 23:31

Ronaldu ümumi qazancı 2 milyard dolları keçən ilk aktiv futbolçu oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Oxşar xəbərlər