top
Vaqif Sadıqov Qarabağın Benfika üzərində qələbəsini şərh edib Idman.biz
17 sentyabr 2025, 13:57
- ↺ +

Vaqif Sadıqov "Qarabağ"ın "Benfika" üzərində qələbəsini şərh edib

"Bu oyunda "Qarabağ" hər kəsə mesaj göndərdi. Avropada "Qarabağ" adının olduğunu bir daha sübut etdi. Azərbaycanda futbolla məşğul olan var və buna inamınızı heç vaxt itirməyin".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Portuqaliya təmsilçisi "Benfika"nı 3:2 hesabı ilə məğlub etməsini tarixi zəfər adlandırıb: "Dünən hamımız çox pozitiv bir oyunun şahidi olduq. İndi nə desək, azdır. "Köhlən atlar" inamlı çıxışı ilə bizə futbol bayramı bəxş etdi. Portuqaliya kimi futbol ölkəsində güclü bir rəqibə qarşı müsbət nəticə qazanmaq, xüsusilə 0:2 hesabı ilə geri düşdükdən sonra iradə göstərərək sona qədər mübarizə aparmaq böyük uğurdur. "Qarabağ" məzmunlu oyunu ilə bizə əsl bayram yaşatdı. Bu qələbə bizi ruhlandırır".

Sadıqov bildirib ki, bu uğur uzun illərin zəhmətinin bəhrəsidir: "Bu nəticə birdən-birə qazanılmayıb. Görülən iş öz bəhrəsini verir. "Qarabağ" yalnız tabloda yazılan nəticə ilə yox, həm də gözəl oyun üslubu ilə sevindirir. Bu, zəhmətin və komanda ruhunun nəticəsidir. "Qarabağ" bizim üçün qürurdur, nümunədir. Onun hər bir uğuruna sevinirik və ümid edirik ki, daha böyük nailiyyətlərin şahidi olacağıq".

AFFA rəsmisi Azərbaycan futbolunun inkişafı üçün inamın önəmli rol oynadığını vurğulayıb: "İnam çox böyük amildir. Komandalara, məşqçilərə və futbolçulara inanmalıyıq. "Qarabağ" bu mənada nümunədir. "Köhlən atlar" göstərdi ki, Azərbaycan millisində və klublarında inam olarsa, əlindən gələni etmək mümkündür".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər