top
Vaqif Sadıqov: Qarabağ UEFA ÇL-də sona qədər öz simasını qoruyacaq və mübarizə aparacaq Idman.biz
29 avqust 2025, 10:18
- ↺ +

Vaqif Sadıqov: "Qarabağ" UEFA ÇL-də sona qədər öz simasını qoruyacaq və mübarizə aparacaq

"Rəqiblərdən asılı olmayaraq, Qurban Qurbanovun komandasının tam şəkildə hazır olacağına və hər oyunda azarkeşlərini sevindirməyə çalışacağına inanıram".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərini dəyərləndirərkən deyib.

Sadıqovun fikrincə, TOP-5 liqa təmsilçilərinə qarşı keçiriləcək oyunlar çətin olacaq: "Rəqiblərdən bizə artıq tanış olanlar da var. "Çelsi", "Liverpul", "Napoli" ilə çətin oyunlarımız olacaq. Bu, həm məsuliyyətli, həm də şərəfli turnirdir. Bu oyunlarda "Qarabağ" öz simasını itirməmək şərtilə sona qədər mübarizə aparacaq. Bakıya gələcək komandaların hamısı ilə əvvəllər də qarşılaşmışıq. Buradan qələbə ilə dönən də olub, məğlub olan da. Ötən mövsüm "Ayaks"a UEFA Konfrans Liqasının əsas mərhələsində məğlub olsaq da (0:3 - red.), onlardan qat-qat yaxşı oynamışdıq".

O, "Qarabağ"ın müdrik komanda olduğunu söyləyib: "Hesab edirəm ki, hazırda tam fərqli bir "Qarabağ" komandası görürük. Artıq təkcə meydanda deyil, həm də tablodakı nəticə də "Qarabağ"ın oyununa uyğundur. İnanıram ki, rəqibdən asılı olmayaraq, azarkeşlərin dəstəyi ilə qələbəyə köklənən kollektiv görəcəyik. Rəqibləri ayırmaq istəməzdim. "Kopenhagen"i daha əvvəl məğlub etmişik, amma artıq xeyli vaxt keçib və həm onlar, həm də "Qarabağ" çox dəyişib. İnanıram ki, bizi maraqlı oyunlar gözləyəcək. Ev oyunlarından başlayaraq, xal qazanacağımıza inanıram".

Vaqir Sadıqov "köhlən atlar"ın mümkün transferləri barədə də söz açıb: "Düşünürəm ki, yeni futbolçular gələcəksə, komandaya uyğunlaşmaq üçün zamana ehtiyacları olacaq. Hamı yeni hücumçunun transferini istəyir, amma Nəriman Axundzadə özünü yaxşı tərəfdən göstərə bildi. Onunla rəqabət apara biləcək bir oyunçu transfer edilməlidir, lakin bizə Nərimanın daha çox oynaması lazımdır. O, formada qalmalıdır ki, qarşıdakı oyunlarda milli komandaya kömək edə bilsin".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Oxşar xəbərlər