top
Vaqif Sadıqov: Qarabağ Şkendiya ilə oyunda sensasiyaya imkan verməyəcək Report.az
12 avqust 2025, 11:34
- +

Vaqif Sadıqov: "Qarabağ" "Şkendiya" ilə oyunda sensasiyaya imkan verməyəcək

"Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan çempionunun bu gün Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Avrokuboklarda "Qarabağ"dan gözləntilər böyükdür. Komandanın cavab matçında da məzmunlu oyun göstərərək müsbət nəticə əldə edəcəyinə inanıram. Pley-offda da bizə tanış olan və daha əvvəl məğlub edə bildiyimiz kollektivlərdən biri ilə üz-üzə gələ bilərik. Bu rəqiblərlə qarşılaşmaya da ciddi hazırlaşmalı və Avropanın bir nömrəli turnirinin Liqa mərhələsinə yüksəlməliyik. Komandanın oyunu, futbolçuların potensialı və klubun təcrübəsi buna imkan verir".

V. Sadıqov Şimali Makedoniya təmsilçisinin zəif olmadığını söyləyib:

"Sensasiyanı ağlımıza gətirməyək. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmaq lazımdır. Avropada hamı futbol oynamağı bacarır. "Qarabağ"ın ilk matçda rahat qalibiyyət əldə etdiyini düşünməməliyik. Çempionumuz bunun üçün xeyli güc sərf edir. Məncə, komanda bu gün də hansısa sensasiyaya imkan verməyəcək. Klubun hədəfləri böyükdür. Bunun üçün yeni heyət də formalaşır. Məncə, komanda Çempionlar Liqasında yoluna davam edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 19:01

Tural Qurbanov UEFA Gənclər Liqası çərçivəsində Borussia Dortmund – Villarreal matçının baş hakimi olacaq

Futbol
Dünən, 18:00

“Barselona”nın keçmiş futbolçusu Kristian Tello karyerasını bitirdi

Futbol
Dünən, 18:00

Azərbaycan U-17 millisi Moldovaya 2:0 hesablı məğlubiyyətlə başladı

Futbol
Dünən, 18:00

“Barselona”nın sabiq futbolçusu karyerasını başa çatdırıb və “butslarını asdı”

Futbol
Dünən, 18:00

Azərbaycan U-17 millisi Moldovada 2:0 məğlubiyyətlə qarşılaşdı

Futbol
Dünən, 16:51

Arteta: Arsenalın ən çox bənzədiyi oyunçu Mikel Merinodur

Futbol
Dünən, 16:27

Niderlandın sabiq yarımmüdafiəçisi Corcinyo Veynaldum Al‑İttihad klubuna keçdi

Futbol
Dünən, 16:20

“Kəpəz” – “Qəbələ” oyununa bilet satışa çıxdı

Digər
Dünən, 15:40

Azərbaycan‑Pakistan idman və gənclik sahəsində əməkdaşlıq müzakirə edildi

Futbol
Dünən, 15:40

Sabah FK-nın Manchester United ilə çarter reysi və Old Trafford matçı üçün planı dəqiqləşdi

Futbol
Dünən, 14:40

Rişarlisonun transfer ümidləri Səudiyyə Ərəbistanı klublarında

Futbol
Dünən, 14:40

Rişarlisonun transferində yeganə real variant Səudiyyə Ərəbistanı klublarıdır

Futbol
Dünən, 14:20

İnter 21 yaşlı hücumçu Franco Pio Espozito ilə müqaviləni uzatdı

Futbol
Dünən, 14:20

İnтер 21 yaşlı hücumçu Francesco Pio Espozito ilə müqaviləni uzatdı

Futbol
Dünən, 14:10

“Sabah”ın “Manchester United” qarşılaşması: zədəli üç futbolçunun oyun iştirakına qeyri‑müəyyənlik - Klubun açıqlaması

Voleybol
Dünən, 12:26

Kuba əsilli Türkiyə voleybolçusu Melissa Varqas Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 12:00

MOİK‑in yeni transferi Yusif Nəbiyev məşq zamanı zədələndi

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev zədələnib, I Liqanın ilk turunda iştirak edə bilməyəcək

Futbol
Dünən, 12:00

MOİK‑in yeni transferi Yusif Nəbiyev təlimdə zədələnib

Futbol
Dünən, 12:00

MOİK‑in yeni transferi Yusif Nəbiyev məşq zamanı zədələndi

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev təlimdə zədələndi, iki həftə kəsir

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev zədələndi və I Liqanın ilk turunda iştirak edə bilməyəcək

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev təlimdə zədələnib, I Liqanın ilk turunda çıxış edə bilməyəcək

Futbol
Dünən, 11:58

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qolunu Xorxe Silva ilə vurdu

Oxşar xəbərlər