top
Vaqif Sadıqov: Qarabağ - Sabah oyunu çempionluq mübarizəsinə aydınlıq gətirəcək Report.az
26 fevral 2026, 12:34
- ↺ +

Vaqif Sadıqov: "Qarabağ" - "Sabah" oyunu çempionluq mübarizəsinə aydınlıq gətirəcək

Martın 1-də baş tutacaq "Qarabağ" - "Sabah" matçı Misli Premyer Liqasında bir çox məsələyə aydınlıq gətirəcək.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, hazırkı çempionatın kifayət qədər maraqlı keçdiyini və rəqabətin artdığını bildirib:

"Bu gün maraqlı bir çempionata şahidlik edirik. "3-lük"də qərarlaşan komandaların hər birinin yerini təmin etdiyini demək olmaz. Birinci və ikinci yerləri tutacaq komandaların adlarını bəlkə də açıqlamaq mümkündür, lakin avrokuboklar üçün ayrılan digər vəsiqələrin taleyi hələ sual altındadır. Hesab edirəm ki, çempionatın sonuna qədər gərgin və intriqalı oyunların şahidi olacağıq".

Mütəxəssis çempionluq uğrunda mübarizənin "Qarabağ" və "Sabah" arasında gedəcəyini vurğulayıb:

"Hazırda çempionluq şansları komandaların öz əllərindədir. "Qarabağ" UEFA Çempionlar Liqası ilə vidalaşıb və bütün fikrini Premyer Liqaya yönəldəcək. "Sabah" isə bu vəziyyətdən istifadə edərək öz oyununu təkmilləşdirib və hazırda çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, martın 1-də onların öz aralarındakı oyun bir çox məsələyə aydınlıq gətirəcək. Bunu hər iki komanda yaxşı başa düşür. "Sabah"ın "Qarabağ"la iki oyunu qalıb. Özünü sübut edə bilər. Arzulayıram ki, gələcəkdə iki yox, bir neçə komanda çempionluq uğrunda mübarizə aparsın".

Premyer Liqada qalmaq uğrunda mübarizəyə də toxunan V.Sadıqov, "Karvan-Yevlax"ın vəziyyətinin ürəkaçan olmadığını qeyd edib:

"Aşağı pillələrdə mübarizə çox ciddi və amansız gedir. Lakin bu gün ən xoşagəlməz durumda "Karvan-Yevlax"dır. Komandanın həm xalı azdır, həm də nümayiş etdirdiyi oyun onu göstərir ki, çempionatda yerini qoruyub saxlamaq çox çətin olacaq. Ancaq inanıram ki, həm ilk, həm də son pillələrdə olan komadalar çempionatın sonuna qədər mübarizə aparacaqlar. Bu da istər-istəməz mübarizəyə rəng qatır, intriqanı yüksəldir. Bundan da futbolumuz bəhrələnəcək. Rəqabətə dözə bilən futbolçular ortaya çıxacaq".

Qeyd edək ki, hazırda Misli Premyer Liqasında turnir cədvəlinə 52 xalla "Sabah" başçılıq edir. İkinci pillədə yer alan "Qarabağ"ın 45, ilk "3-lüy"ü qapayan "Turan Tovuz"un 40 xalı var. Keçirdiyi 21 oyunda cəmi 6 xal toplayan "Karvan-Yevlax" sonuncu - 12-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Oxşar xəbərlər