top
Vaqif Sadıqov: Neftçinin gələcəyi və baş məşqçi məsələsi ilə bağlı ümidlər Idman.biz
24 noyabr 2025, 16:40
- ↺ +

Vaqif Sadıqov: "Neftçi"nin gələcəyi və baş məşqçi məsələsi ilə bağlı ümidlər

"Hər birimiz "Neftçi" ilə böyümüşük və bu klubla nəfəs alırıq. Tezliklə əvvəlki əzəmətini yenidən qaytaracağı günləri səbirsizliklə gözləyirik".

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Neftçi"nin bu mövsümdəki çıxışı barədə danışarkən deyib.

"Ağ-qaralar"ın keçmiş futbolçusu və baş məşqçisi Bakı təmsilçisinin stabil oyun nümayiş etdirə bilmədiyini bildirib: "Bəzi matçlarda "Neftçi" yaxşı təsir bağışlayır, meydanda istəkli çıxış edir. Lakin bəzən də nələrsə alınmır, çatışmazlıqlar üzə çıxır. Buna baxmayaraq, ümidimizi itirmirik və inanırıq ki, əvvəlki güclü "Neftçi"ni yenidən görə biləcəyik. Bu komanda gələcəkdə yenə də ölkə çempionatında ən yüksək yerlər uğrunda mübarizə aparacaq", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

V.Sadıqov baş məşqçi Samir Abasovun istefaya göndərilməsi ilə bağlı yayılan xəbərlərə də toxunub: "Hazırda bu məsələ ilə bağlı rəsmi qərar olmadığından fikir bildirmək düzgün olmaz. Ümid edirik ki, klub rəhbərliyi ən doğru addımı atacaq. Əminəm ki, bu qərar həm komandanın inkişafı, həm də azarkeşlərin gözləntiləri baxımından müsbət nəticə verəcək".

Mütəxəssisin sözlərinə görə, "Neftçi" yaxşı heyətə malik olmasına baxmayaraq, nəticə üçün bir qədər zaman lazımdır: "Bu mövsüm komandaya bir sıra keyfiyyətli legioner futbolçular cəlb edilib. Lakin oyunçuların bir-birinə tam uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var. Əsas məsələ fərdi deyil, komanda oyununu qurmaqdır. Bunun üçün isə səbir və zaman lazımdır".

Qeyd edək ki, "Neftçi" 12 turdan sonra Misli Premyer Liqasının turnir cədvəlində 15 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
04 oktyabr 2026, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
04 oktyabr 2026, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
04 oktyabr 2026, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
04 oktyabr 2026, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
04 oktyabr 2026, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
04 oktyabr 2026, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Gimnastika
04 oktyabr 2026, 17:36

Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazandı

Qarabağ FK
04 oktyabr 2026, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Futbol
04 oktyabr 2026, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
04 oktyabr 2026, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
04 oktyabr 2026, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Oxşar xəbərlər