top
Vaqif Sadıqov Misli Premyer Liqasının İlk Dövresi və Komandalara İnamsızlıq Barədə Idman.biz
12 noyabr 2025, 17:20
- ↺ +

Vaqif Sadıqov Misli Premyer Liqasının İlk Dövresi və Komandalara İnamsızlıq Barədə

"Həm komanda sayı artıb, həm də çempionatın səviyyəsi yüksəlib. Həmişə vurğulayırdıq ki, klublar tək Bakıda yox, regionlarda da olsun. İstəyimiz reallaşır. Turnir cədvəlində vəziyyət gözlənilən idi".

Bu sözləri Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, Misli Premyer Liqasının birinci dövrəsini şərh edib:

"Ötən il iddialarını ortaya qoyan komandaların əksəriyyəti üst pillədə qərarlaşıblar. "Sumqayıt" kasad heyətlə mübarizəyə qoşula bilib. Bunu özləri dərk edir və qış fasiləsində heyəti gücləndirməyə çalışacaqlar. "Turan Tovuz" iddiasını keçən ildən ortaya qoyub. Bu il isə qarşılarına çempionluğu hədəf qoyublar. Bu siyahıya "İmişli"ni də əlavə etmək olar. Mövsümün əvvəlində heç kim onlara inanmırdı. Baxmayaraq ki, "İmişli" çoxdandır elitada çıxış etmirdi. İntizamlı, rəqibdən asılı olmayaraq, mübarizə aparmağı bacaran komanda yığılıb. İstəyərdik bu mübarizəyə tezliklə öz əzəmətini qaytaran "Neftçi" komandası da qoşulsun. İnanıram növbəti dövrələrdə bundan da artıq rəqabətli çempionatın şahidi olacağıq", - deyə sport24.az-a açıqlamasında deyib.

Sadıqov legioner limitinin aradan götürülməsinin çempionata təsir göstərmədiyini də bildirib:

"Legioner limitinin mənfi mənada təsirini görmədik. Komandaların heyətlərində ən azı 3-4 yerli futbolçu görürük. Yerli futbolçuların əsas heyətdə yer almağı göstərir ki, onlar milli komandaya layiqdirlər. Mən limitlə bağlı qlobal dəyişiklik görmürəm. Hesab edirəm bu ilk addımdır. Get-gedə yerli və əcnəbi futbolçular başa düşəcək ki, əsas heyətdə yer almaq üçün güclü olmalısan".

Qeyd edək ki, ilk dövrədə Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Oxşar xəbərlər