top
Vaqif Sadıqov: Azərbaycan və Özbəkistanın birgə namizədliyi futbolumuza töhfə verəcək Idman.biz
07 iyul 2025, 12:20
- ↺ +

Vaqif Sadıqov: Azərbaycan və Özbəkistanın birgə namizədliyi futbolumuza töhfə verəcək

Ölkəmizin Özbəkistanla dünya çempionatının keçirilməsi üçün birgə namizədliyini irəli sürməsi çox sevindirici haldır. Bu addım futbolumuzun inkişafına təkan verəcək, beynəlxalq imicimizə müsbət təsir göstərəcək.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan və Özbəkistanın 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli irəli sürməsi ilə bağlı danışarkən deyib.

O, bu yolda görüləcək işlərin çox olduğunu söyləyib: "Yarışı yüksək səviyyədə təşkil etmək üçün infrastruktur baxımından hazır olmalıyıq. Təbii ki, namizədlik FIFA tərəfindən müsbət qarşılandıqdan sonra dövlətimiz müəyyən islahatlar həyata keçirəcək və bütün lazimi tədbirlər görüləcək. Bunun üçün bir qədər vaxt lazım olacaq. Azərbaycan daha əvvəl qadınlar arasında U-17 dünya çempionatı, İslam Həmrəyliyi Oyunları və Avro-2020 kimi beynəlxalq yarışlara ev sahibliyi edib. Yəni, bu barədə təcrübəmiz heç də az deyil. Bakıdakı stadionlar beynəlxalq standartlara cavab verir. Ən əsası, futbolumuzun səviyyəsini artıraraq, bu turnirə ev sahibliyi etməyə layiq olduğumuzu sübut etməliyik".

Mütəxəssis bildirib ki, turnir ölkəmizdə keçiriləcəyi təqdirdə, regionlardakı stadionlarda yenidənqurma işləri aparılmalıdır: "Sözsüz ki, oyunların sadəcə paytaxtda deyil, bölgələrimizdə də təşkil olunma ehtimalı var. Bunun üçün müasir tələblərə cavab verən stadionların olması şərtdir. Ümumiyyətlə, matçların bir qisminin regionlarda keçirilməsi futbolumuz üçün çox yaxşı olardı. Orada yaşayan gənclərdə motivasiya yaranar, təkcə Bakıda deyil, ölkənin müxtəlif yerlərində futbol sevgisi artar".

V.Sadıqovun sözlərinə görə, Özbəkistan kimi futbolda xeyli inkişaf edən ölkə ilə əməkdaşlıq Azərbaycanda da bu idman növünə çox şey qazandıracaq: "Bu layihə futbolumuza strateji və struktur baxımından ciddi töhfə verə bilər. Özbəkistan yığma səviyyəsində, xüsusilə, son illərdə mühüm irəliləyişlərə nail olub. AFFA onların strategiyasından faydalana bilər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Oxşar xəbərlər