top
Vaqif Sadıqov: Azərbaycan millisi İslandiya ilə oyuna revanş hissi ilə çıxmalıdır Idman.biz
11 noyabr 2025, 18:55
- ↺ +

Vaqif Sadıqov: Azərbaycan millisi İslandiya ilə oyuna revanş hissi ilə çıxmalıdır

Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki vacib sınağa çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, ayın 16-da isə Fransanı qəbul edəcək.

Vacib oyunlar ərəfəsində yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqov fanat.az-a həm bu görüşlərdən gözləntilərini, həm də Abbasovun təyinatından sonra komandada baş verən dəyişiklikləri şərh edib.

"İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ayxan Abbasovun milliyə baş məşqçi təyinatı qəfil alındı. Xoşagələn haldır ki, AFFA milliyə müəyyən fasilədən sonra yerli məşqçi təyin edib. Bunu görmək çox yaxşıdır ki, Ayxan müəllim çəkinmədən bu məsuliyyətli yükün altına girib. Ən vacibi isə o, qısa müddətdə ortaya fərqli bir komanda çıxarıb. İnanırıq ki, bundan sonrakı addımlar da milli komandanın xeyrinə olacaq.

Oyunlara gəlincə, Çempionlar Liqasında "Qarabağ"ın timsalında rəqibin adından qorxmayan, sona qədər mübarizə aparan Azərbaycan komandası görə biliriksə, ortaya sual çıxır: niyə bu performansı millidən görməyək? Qurban Qurbanov həmişə vurğulayır ki, komandasına çox inanır. İnam böyük bir qüvvədir. İnam və komanda ruhu ilə istənilən nəticəni əldə etmək mümkündür.

Son təyinatdan, Ayxan Abbasovun baş məşqçi postuna gətirilməsindən sonra biz millidə komanda ruhunu görə bilirik. Ukrayna ilə oyunlarda və Fransa ilə qarşılaşmada meydanda sona qədər təslim olmayan, döyüşən futbolçular var idi. Qarşıda bizi çox ağır və çox həlledici 2 oyun gözləyir. Əvvəlcə İslandiya ilə üz-üzə gələcəyik. Hansı ki, qrupun favoriti Fransa ilə son oyunda bərabərlik əldə ediblər. Yəni rəqib güclüdür. Amma futbolçular bunu başa düşməlidir ki, uğurlu nəticə əldə etməklə ilk dəfə qrupda üçüncü yeri tuta bilərik. Bu nəticə gələcəyə nikbin baxmağa da əsas verəcək.

Bir daha vurğulamaq və "Qarabağ"ı nümunə göstərmək istəyirəm ki, rəqibdən çəkinmək lazım deyil. Ədalət naminə deməliyik ki, Ayxan Abbasovun rəhbərliyi altında artıq istəkli, mübariz komanda formalaşır. Bizə seçmə mərhələnin startında ağır məğlubiyyət yaşadan islandlarla sınağa revanş hissi ilə çıxmaq lazım gəlir. Doğma azarkeşlərin önündə inamlı nəticə ilə 3-cü yer uğrunda mübarizəyə qoşula, tarix yaza bilərik".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:48

Orxan Qubatov birinci, Rzayev ikinci: Azərbaycan snuker çempionatının qalibləri açıqlanıb

Futbol
Bu gün, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu;

Formula 1
Bu gün, 10:38

Şarl Lekler, Mexico Grand Prix-də Lewis Hamiltonla mübahisəli insidentə açıqlama verib

Qarabağ FK
Bu gün, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Futbol
Bu gün, 10:25

İkinci Liqa 9-cu turda bugün üç oyun baş tutacaq

Voleybol
Bu gün, 10:10

Kuzeyboru Voleybolçusu Ece Hitayca Sosial Şəbəkədə Təqib və Təzyiqlə Qarşı-qarşıya

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Futbol
Bu gün, 09:40

Manchester United skautlarını Borussia Dortmundun dörd oyunçusunu izləmək üçün Almaniyaya göndərib

Cüdo
Bu gün, 09:38

İbrahim Talıbov qızıl medal qazanıb – məşqçiləri təbrik edir

Futbol
Bu gün, 09:20

Arsenal, 70 milyon avro dəyərində hücumçunu qış transferi ilə qazanmağa hazırdır

Voleybol
Bu gün, 09:08

Turan CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Oxşar xəbərlər