top
Vaqif Cavadov: Yəqin ki, rəhbərliyin gələn mövsüm üçün şans verməyə vaxtı çatmayacaq. Report.az
12 may 2025, 15:42
- ↺ +

Vaqif Cavadov: "Yəqin ki, rəhbərliyin gələn mövsüm üçün şans verməyə vaxtı çatmayacaq."

Bu gün "Sumqayıt"ın baş məşqçi vəzifəsindən ayrılan Vaqif Cavadov müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsinə münasibət bildirib.

"Report"a açıqlama verən mütəxəssis rəhbərliyin qərarına hörmətlə yanaşdığını bildirib.

"Rəhbərliyin qərarıdır və hörmətlə yanaşıram. Sağ olsunlar ki, Premyer Liqada ilk baş məşqçi kimi təcrübəni mənə "Sumqayıt" rəhbərliyi yaşatdı. Mənə güvəndilər. Düşünürəm ki, öz növbəmdə klubu ən yaxşı şəkildə təmsil etdim. Qarşıma avrokuboklara düşmək məqsədi qoyulmamışdı. Hədəfimiz elitadakı yerimizi qorumaq idi ki, bunun da öhdəsindən gəlməyi bacardıq. Sadəcə, mövsümün son oyunlarında nəticələr ürəkaçan olmadığına görə belə bir qərar qəbul edildi. Hazırda PRO kateqoriyası üzrə məşqçilik kursum davam edir. Klubun aşağı yaş qruplarından ibarət komandalarından birində fəaliyyətimi davam etdirəcəyəm", - deyə V.Cavdov vurğulayıb.

O, rəhbərliyin yeni mövsümdə ona şans verməməsi barədə danışıb:

"Ola bilsin ki, rəhbərliyin növbəti mövsüm üçün şans verməyə zamanı yoxdur. Mən bunu normal qarşılayıram. Bu cür prosseslər futbolun içində var. İnanıram ki, növbəti illərdə yenidən böyük təkliflər alacağam. Rəhbərliklə bugünkü görüşümzdə bildirildi ki, qarşıdakı illərdə yenidən baş məşqçi kimi çalışa bilərəm".

35 yaşlı mütəxəssis bundan sonra yaxşı təkliflərə açıq olduğunu vurğulayıb:

"Əlbəttə, yaxşı təkliflərə hər zaman açıq olacağam. Artıq Premyer Liqada baş məşqçi kimi təcrübəm var. Baş məşqçilərin işi elədir ki, bu gün buradasan, sabah başqa yerdə. Ona görə baş məşqçi kimi fəaliyyətimi davam etdirib Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Lakin hazırda "Sumqayıt"dakı işimə davam edəcəyəm. Hansı yaş qrupunda çalışacağım dəqiq deyil".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:00

“Sabah” rəsmisi “Arsenal” və “Bornmut” nümayəndələri ilə eyni siyahıda!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Oxşar xəbərlər