top
Vaqif Cavadov: Yaxşı gündə dostlar ətrafda olur Sport24.az
15 fevral 2025, 21:21
- ↺ +

Vaqif Cavadov: "Yaxşı gündə dostlar ətrafda olur"

Misli Premyer Liqasının XXIII turunun "Sumqayıt" - "Zirə" oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Yaxşı komandaya qarşı oynadıq. Rəqib iddialıdır. İlk 15 dəqiqədə öz gücünü və təzyiqini göstərdi. Əfsuslar olsun ki, fərdi səhvlərə görə bəsit qollar buraxdıq. Oyunjn taleyi 30 dəqiqədə həll olundu. Komandamdan razıyam. Yolumuza davam edirik. Ümid edirəm ki, gec-tez bu sindromu qıracağıq. Ruhdan düşmürük. Hər məğlubiyyətdən sonra güclənirik. Qarşıda "Neftçi" ilə oyun var. Bu, bizimçün dönüş ola bilər. 

 

- Enişdən çıxmaqçün nə planınız var?

- Komandanı götürəndə enişdə idik. Ardıcıl xallarla irəlilədik. Son 5 oyunun 3-də uduzmuşuq, 2 heç-heçə etmişik. Qlobal bir şey yoxdu. Bəzi oyunçulara tam uyğunlaşmaq üçün vaxt lazımdır. Hücumda oyunçular daha fəal olmalıdır. Uyğunlaşma prosesi var və bu, tez olmur. Məcburuq ki, onları əsas heyətdə oynatmaqla uyğunlaşdıraq.

 

- Komanda artıq təhlükəli zonaya düşür...

- Çempionatda qarşıda 13 tur var, panikaya düşmək lazım deyil. Yolumuzu gedəcəyik. Futbolçular məsuliyyəti hiss edəcək və bu, bizə faydalı olacaq. Ən çətin gündə yanında olanlar əsl dostlarındır. Peşəkarlıq belə məqamda belə şeylər üzə çıxır. Yaxşı gündə dostlar ətrafda olur. Hər şey qabaqdadır, problem yoxdur. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə əldə edəcəyik.

 

- Kamran Quliyevin oynamamasının səbəbi nədir?

- Kamran mən gələndən sonra daha çox oynamağa başladı. Ona güvənirik. Lakin yeni hücumçunun gəlişindən sonra sanki istəyi azalıb. Buna görə əsas heyətdə deyil. Hər oyunçu starta layiq olduğunu sübut etməlidir. Rəqabətdə qalib gəlmək lazımdır. Kamran önəmli oyunçudur, inanıram ki, başa düşür və bundan sonra daha çox çalışacaq.

 

- Yansane də ciddi nə iləsə yadda qalmır... 

- Kamran bu ana qədər 14 oyunda əsas heyətdə oynayıb. Momo Yansaneyə də şans lazımdır ki, formaya düşsün. Oynamayacaqsa, nə üçün gətirmişik? Onun potensialı var. Gec də olsa, bunu görəcəyik.

 

- Niyə qol vura bilmirsiniz?

- Səbirli olmaq lazımdır. Nə zamansa, sindrom qırılacaq. Komandanın bundan sonra daha yaxşı olacağına inanıram.

 

- Problem yoxdur deyirsiniz. Lakin qol vura bilmirsiniz. Neçə oyun lazımdır ki, komandada problem sayılsın?

- Oyunlara baxın, "Qarabağ", "Araz-Naxçıvan", "Sabah"... Bəzi situasiyalar var. Nəzərə alın ki, hansı oyunlarda qol vura bilməmişik. Düzdür, "Səbail"ə, "Şamaxı"ya uduzmuşuq. Bu, məyusedir. Komanda qol vura bilmir və qalib gələ bilmir. Amma liderlər sırasında olanlardan xal almışıq.

 

- Qol vurmamağınız üçün dua edənlərin olduğunu deyirsiniz. Bunlar kimdir?

- Bilsəm, özüm danışardım. Penalti olur, vura bilmirik, çoxlu hücumlar edirik, alınmır. Deməli, nəsə var da... 

 

- Futbolçularınız deyir ki, sonuncu sıranı düşünmürük, irəki qalxmaq istəyirik. Sanki nisbətən zəif komandalara qarşı istəksiz oynayırsınız... 

- Bu gün də pis oynamadıq. Bəsit qollar buraxdıq. Rəqib çox güclüdür, amma biz də sadə qollar buraxırıq. Bunu aradan qaldırmağa çalışacağıq. Sonuncu yer haqda düşünmürük.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər