top
Vaqif Cavadov: Kaş müqavilə imzalamazdım Sport24.az
27 fevral 2025, 22:09
- ↺ +

Vaqif Cavadov: "Kaş müqavilə imzalamazdım"

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "Sumqayıt" - "Sabah" oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Fərqli iki hissə oldu. Məğlub olduq. Çox yaxşı rəqibə qarşı oynayırdıq. Bəlkə də, uduzmalı deyildik. Hesab öz sözünü deyir. Nəsə demək çətindir.

 

- 2-si kubok, 8-i çempionat olmaqla qələbə biryana, qol vura bilmirsiniz. Nə düşünürsünüz?

- Hücumlarımız var, reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Bir gənc məşqçi kimi dəstək lazımdır. Komanda 0:4 hesabıyla uduzub. İndi nəsə demək olmur. Nəyisə dəyişmək lazımdır, amma indi gücümüz çatmır. Problem məndədirsə... Bundan çətin vəziyyətimiz də olub. Komandanı götürəndə 9-cu pillədə idik. İrəli baxırıq. İnanıram ki, dəstəyiniz olacaq. Məsuliyyəti dərk edib, komandanı çətin durumdan çıxarmaq istəyirik.

 

- Antirekorddur. Siz gələndə ən böyük dəstəkçilərinizdən olmuşam. Konkret olaraq problemin nədə olduğunu düşünürsünüz?

- Oyunçular da yetərsizdir. Qol imkanlarımız var, istifadə edə bilmirik. Bu da oyunçuların keyfiyyəti, həmin an düşündükləri ilə bağlıdır. "Sabah" 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Hər şeyi başa düşürəm. Futbolçuların arxasındayam. Uduzanda məşqçi uduzur, qələbə olanda komanda qazanır. Bugünkü gündə problemin sırf məndə olduğuna inanmıram. Problem tək özümdə olsa, gedərəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacam.

 

- Neçə oyun qol vurmamalısınız ki, azarkeşlərdən üzr istəyəsiniz?

- Bu sual məncə, adekvat sual deyil. O vaxt üzr istəyərəm ki, komanda aşağı liqaya düşə, bərbad futbol sərgiləyək. İndiki halda üzrlük nəsə yoxdur.

 

- "Sumqayıt"dan həmişə yaxşı hücumçular çıxıb, ancaq indi qol vura bilmirsiniz... 

- Bilirəm, bu, problemdir. Təkbətək epizod vurulmursa, deməli problem var. Problem yoxdur desəm, düz çıxmaz. Futbolçudur, gətirmişik. Heç kim deyə bilməz ki, o, bir günə, altı aya, üç aya bəhrəsini versin. Əfsuslar olsun, vaxtımız yoxdur. Futboldur, olan olub. Diqqətimizi Premyer Liqaya kökləməliyik. Qarşıda iki vacib oyunumuz var. Bunlar mühümdür.

 

- Yeni transferlərin komandaya cəlb olunmasında sizin nə qədər rolunuz olub?

- Qışda 3 transfer etmişik. Bundan artığını istəsək də edə bilməzdik. Bəzi klublar 5-6 transfer edib. Komandanın rəhbərliyi, idman direktoru, seleksiyaçısı var. Transferlərin necə olacağını zaman göstərəcək. 2-3 ay oynamayanları gətirə bilirik. Belə ərəfədə yüksək məbləğli transfer etmək olmur. Yenilərini uyğunlaşması üçün vaxt lazımdır. Mən robot deyiləm, futbolçular da. Toplanış keçməyən oyunçunu 90 dəqiqə oynatmaq risklidir. Buna görə bəzi futbolçulara az-az şans veririk, amma alınmır. 

 

- Qolsuzluq komanda psixoloji təsir edir. Üstəlik, kubok da əldən getdi. Fanatlar da "Divizion bizi gözləyir" deyir. Gedişat bunu göstərir?

- "Nostradamus" deyiləm. Gedişat müəyyən siqnallar verir, amma hələ mübarizədəyik. Komandanın növbəti iki oyunu həlledici olacaq. Bir qələbə hər şeyi həll edə bilər.

 

- Yanvardan sonra komandada eniş başladı. Hansısa spesifik problem görmüsünüzmü, deyəsiz ki, bundan sonra başladı eniş? Məsələn, müqavilə imzalamanız...

- Kaş imzalamazdım (gülür). Problem qol imkanlarından istifadə edə bilməməyimizdir. Biz "Sabah" və ya digər komandalardan deyilik ki, oyun ərzində 4-5 epizod yaradaq. Gələn yüz faiz olacaq. Amma bu il ələ düşən 2-3 imkanı maksimum dəyərləndirməliyik.

 

Nuh Tarverdiyev 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Oxşar xəbərlər