top
Vaqif Cavadov: İstədiyimiz nəticəni əldə edəcəyik Sport24.az
01 fevral 2025, 22:00
- ↺ +

Vaqif Cavadov: "İstədiyimiz nəticəni əldə edəcəyik"

"Yaxşı oyun oldu. Hər ikisi hissədə mübarizə gördük. İlk hissə bizim üstünlüyümüz şəraitində keçdi. Əfsuslar olsun ki, penaltidən yararlana bilmədik. Amma bu cür rəqibə qarşı matçda bir xal qazanmaq da yaxşıdır. Onlar ikinci yerdə gedir, möhkəm komandadır. Belə rəqiblə görüşdə bu cür oyun nümayiş etdirdiyinə görə komandama alqış düşür. Üzülürük ki, qalib gələ bilmədik. Futbolçularıma təşəkkür edirəm. Qələbələr bizi gözləyir. Belə mübarizə ilə qalibiyyət şansları daha çox olur. Hər iki komandaya bir xal düşməsi, ədalətli idi".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 21-ci turunun "Araz-Naxçıvan"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyuna yaxşı başladız, rəqibi yaxşı sıxırdınız. Sonra nə baş verdi?

- Birinci hissədə rəqibə şans vermədik. İkinci hissədə isə.. "Araz-Naxçıvan" elə-belə yerə ikinci pillədə getmir. Əvəzetmələri, digər oyunçuların meydana çıxması öz sözünü deyir. Biz də elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda altıncı pillədəyik, amma hər şey dəyişə bilər. Belə futbolla öz xallarımızı toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.

 

- Komanda 5 oyundur ki, qol vurmur...

- Bu sualı gözləyirdim. Futbolda termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Beş oyunda qol vura bilməsək də, xallar toplayırıq. Bu gün penaltini dəyərləndirə bilmədik. İşləmək lazım olacaq. Çalışacağıq ki, qarşıdakı oyunda maksimum xal qazanaq. Komandamızın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdıq. Oyundan-oyuna fərq var, bəzən rəqib səni məcbur edir, yorulursan. Ancaq "Sumqayıt" həmişə qalib gəlmək istəyir. Futbolçularım da bunu dərk edir. Bu gün oyun onu göstərdi ki, evdə dominant, yaxşı futbol oynadıq. Hesab istədiyimiz kimi olmasa da, bu cür rəqiblə görüşdə bir xal məni qane edir.

 

- Tresor Mossi ilə konflikt yaşadız, sürətli əvəzetmə istəsəz də, 7-8 dədiqəq ləngidi. Nə baş vermişdi?

- Sizdən heç nə yayınmır(gülür). Futbolçunu meydana buraxmaq istədim, o da yavaş-yavaş gəldi. Bu da bəlkə anlaşıldı. Biz də nə vaxtsa, futbolçu olmuşuq, hamımız oynamaq istəmişik. Amma hər bir futbolçu dərk etməlidir ki, məşqçi çağırdığı zaman, komandaya kömək etmək üçün dərhal gəlməlidir. İstər 5 dəqiqə, istərsə də 40 dəqiqə olsun. Bu hamıya aiddir. Ona görə də biz bunu başa saldıq. İnanıram ki, belə bir şey bir də olmayacaq.

 

- Yeni transferiniz Ronaldo Vasqesin durumu nə yerdədir?

- Bizim düşərgəmizdədir. Tibbi yoxlanışdan keçib, hər şey qaydasındadır. Sadəcə iştirakı üçün PFL-dən təsdiq gözləyirik. Vərəqə gəlmədiyi üçün bu gün oyunun iştirak ərizəsində yox idi.

 

- Momo Yansane haqda hansı fikirdəsiz?

- Özünüz də görürsüz ki, futbolçuya oxşayır. Biz rəhbərlik, məşqçilər olaraq ən yaxşısını etməyə çalışırıq. Dəvət etmişik. Oyunlar göstərir ki, Momo yaxşı futbolçudur, sadəcə zaman lazımdır. Geridə qalan iki oyunda onun təcrübəsi, hücumçu kimi xüsusiyyətləri görünür. Çalışacağıq ki, onu növbəti oyunlara fiziki cəhətdən duruma gətirək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər