"Yaxşı oyun oldu, baxmayaraq, az top vuruldu. Amma bu oyunda çoxlu qol imkanlarımız oldu. Qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"a 0:1 hesablı məğlubiyyəti şərh edib: Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik. "Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı komandadır. Onlara növbəti matçlarda da uğurlar arzulayıram. Qol imkanlarını icra etmək çatmadı. Elə oyunlar olur. Bəlkə də son dövrlərdə ən çox qol epizodları yaratdığımız oyun idi. Komandanın ifasında ən çox nədən xoşum gəldi? İstəkli idilər, irəlidə qorxmurdular. Çoxlu qol imkanlarımız oldu. Vura bilə bilmədik. Rəqib bir səhvimizə görə qol vurdu. Narazı qalmadım. Bircə ondan narazı qaldım ki, qol epizodlarından istifadə edə bilmədik. Komandanın oyunundan, əzmkarlığından heç bir narazılığım yoxdur.
Qeyd edək ki, "Sumqayıt" iki qələbədən sonra məğlub olub.
İdman.biz