top
Vaqif Cavadov: Əminəm ki, 200 faiz komanda elitada qalacaq Sport24.az
03 mart 2025, 21:50
- ↺ +

Vaqif Cavadov: "Əminəm ki, 200 faiz komanda elitada qalacaq"

Misli Premyer Liqasının XXV turunun "Sumqayıt" - "Qarabağ" oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Çox çalışırıq. Azarkeşlərə təşəkkür edirəm, yaxşı oyunun şahidi oldular. Deməyə çox söz yoxdur. İnanıram ki, "Kəpəz"lə matçda bunun bəhrəsini görəcəyik. Hər şey qaydasındadır, amma son nöqtəni qoya bilmirik.

 

- Dejavu yaşayırıq, neçə turdur, eyni sözlər eşidirik... 

- Nə eşitmək istəyirsiniz? İmkanlarımız var, amma istifadə edə bilmirik. Futbolçuların psixoloji durumu çətindir. "Kəpəz"lə oyunda bunun yolunu tapacağıq. Güclü, istəkli olan qələbə qazanacaq. Bəlkə, bu matçdan sonra istədiyinizi eşidəcəksiniz. İnanıram ki, hər şey qaydasındadır.

 

- "Kəpəz"ə məğlub olsanız, istefa verəcəksiniz?

- Bəlkə də... 5 oyun sonra da istefa verə bilərdim, amma futbolçuların əzmkarlığı, sərgilədiyi oyun ümid verdi. Hər şeyi edirik, qol vurmaq olmur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

 

- Mütəxəssis kimi "Sumqayıt"ın qol vura bilməməsi haqda nə deyə bilərsiz?

- Nöqsanlara gəlmək istəmirəm. Futbolçuları istədiyimiz kimi tuta bilmirik. Oyunlara, qol imkanlarına baxsaq, görərik ki, istifadə edə bilmirik. Hər şansı dəyərləndirməliyik. Birinci dövrədə belə deyildi və qələbə qazanırdıq. Ruhdan düşməməliyik. Əlimdən gələni edəcəm ki, komanda bu durumdan çıxsın. Əminəm ki, 200 faiz komanda elitada qalacaq.

 

- Özünüzə, ya komandaya əminsiniz?

- Komandaya, özümüzə. Komandama, futbolçulara güvənirəm. "Kəpəz"lə oyundan sonra hər şey qaydasına düşəcək.

 

- "Kəpəz"i məğlub etmək nəyi dəyişəcək? Necə əmin olaq ki, bir oyunla hər şey düzələcək?

- Gözləmək lazımdır. Həmin oyundan sonra sualı verərsiniz. Komandanı bu durumdan çıxarmağa çalışırıq. Bura gələndə vəziyyət bundan da pis idi. 

 

- Sanki küskün görünürsünüz... 

- Olacam da... Komanda, rəhbərlik olaraq çalışırıq ki, bu durumdan çıxaq. Gənc məşqçi kimi mənə də motivasiya lazımdır. Yeni gələndə qələbələr qazanırdıq və hamı Vaqifdən danışırdı. İndi uduzuruq, deyirlər, təcrübəsizdir. Bəlkə, mən də belə deyərdim. Məşqçi yaxşı, pis günlərlə yetişir. Rəhbərlik sağ olsun, dözür. Mən də inanıram ki, növbəti oyunlarda daha yaxşı olacağıq. Rəhbərliyin də qane olacağını düşünürəm.

 

Nuh Tarverdiyev 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Oxşar xəbərlər