top
Vaqif Cavadov Hakimlikdən narazı qalıb - 100 faizlik penaltimiz verilmədi Sport24.az
21 fevral 2025, 21:30
- ↺ +

Vaqif Cavadov Hakimlikdən narazı qalıb - "100 faizlik penaltimiz verilmədi"

"Rəqibi qələbəyə görə təbrik edirəm və uğurlar arzulayıram. Matç haqqımda çox danışmayacağam. Hər şeyi gördünüz. İnanıram ki, düzgün və ədalətli yazılar olacaq. Həm hakimlərlə, həm də oyunla bağlı təhlil etsəniz, daha yaxşı olar. Başqa nəsə deməyə ehtiyac yoxdur".

 

Sport24.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIV turunun oyunundan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

 

- Siz özünüz nə fikirdəsiniz?

- Gördüklərim var. İndi desəm, ya cəza alacağam, ya da intriqaya səbəb olacaq. Jurnalistlərin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiniz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Qarşıdakı oyuna hazırlaşcağıq. Ümid edirəm hər şey yaxşı olacaq.

 

- Hakimlikdən narazı qaldınız?

- Siz təhlil edin. Son 10 dəqiqəyə baxın. Meydanda hansı qərarlar verildiyini görəcəksiniz. 100 faizlik penaltimiz verilmədi. Hakimlərdən danışmaq niyyətində deyiləm. Məğlub olduq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq.

 

- Aydındır ki, hakimlərdən çox narazısınız.

- 80-ci dəqiqəyədək qol epizodlarımız var idi. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar "Sumqayıt"ın xeyrinə idi.

 

- Buna hava şəraiti də təsir etdi?

- Hər iki komanda üçün eyni şərait idi. Planlarımızı heç nə pozmadı. Hazır idik. Bugünkü oyun da onu göstərdi ki, hər cəhətdən koamndam üstün idi.

 

- Bundan əvvəlki oyunları götürsək, belə görürük ki, sizin rəhbərliyiniz altında komanda ilk hissəni daha yaxşı göstərir. İkinci hissə eniş var. Belədir?

- Razıyam. Digər oyunlarda elədir. Amma sonradan meydana buraxdığımız oyunçular hazır gəlməyib. Bəzilərində 1-2 ay keçib. Amma birdən-birə onları yüksəlsək, yenidən zədələnəcəklər. Ronaldo, Momo Yansane də həmçinin. Bu yöndə çalışırıq. Bugünkü oyunda 90 dəqiqə ərzində pressinq etdik, qol imkanlarımız oldu. Bəzi səbəblərə görə uduzduq. Futboldur. Artıq danışmağa, növbəti matça hazırlaşmaqlıyıq.

 

- 9 oyundur qol vura bilmirsiniz. Ötən dəfə cadu məsələsini dediniz. Bəs, göstərdiyiniz oyunla heç əlaqəsi yoxdur qol vurmamağın?

- Cadu? Dilə gətirməmişəm. Bilirik ki, bu ifadə yarı zarafat, yarı emosiya ilə deyilib. Qol vura bilmiriksə, problem var. Qollar görürük...VAR-da olan hakimlər bəzi epizodlarda görmürsə...Komandamdan razıyam. Bəziləriniz deyəcəksiz,uda bilmirik. Futboldur. Ruhdan düşmürük. Çempionat gərgin keçir. İnanıram ki, vəziyyətdən çıxacağıq.

 

- Kubok matçınız da var. İndiki "Sumqayıt" "Sabah"ı keçə bilər?

- Birinci oyun göstərdi ki, biz keçə bilərik. Bu gün də yaxşı mübarizə apardıq. "Sabah"la birinci oyun imkan verir ki, mərhələ adlayaq. Hansı komanda uğurlu, istəkli olacaq, mərhələ adlayacaq. Kubokda qolla bağlı hər şey qaydasında olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Oxşar xəbərlər