top
Vaqif Cavadov: Əgər məsuliyyəti mənə həvalə etmək istəyirsinizsə, etirazım yoxdur. Sport24.az
28 aprel 2025, 22:36
- ↺ +

Vaqif Cavadov: "Əgər məsuliyyəti mənə həvalə etmək istəyirsinizsə, etirazım yoxdur."

Misli Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Neftçi" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. "Neftçi" yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi. 

 

- Nə baş verdi ki, 2:0-dan üstünlük rəqibə keçdi?

- Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Əlavə, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. Bir xal da bir xaldır.

 

- Qazandız, ya iki xal itirdiz?

- Məyusam ki, komandam qələbə qazana bilmədi. Amma rəqibi də nəzərə almaq lazımdır. İki səhv bizimçün kritik oldu. Üzücü olan budur. Qismət belə imiş.

 

- 2:0-dan sonra əsas oyunçuları çıxardınız və rəqib iki qol vurdu...

- Rəqibin birinci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq. 

 

- Karaişvilinin səhvindən sonra qol buraxdınız. Özünüzü günahkar görürsünüz?

- Bunu mənə yükləmək istəyirsizsə, problem yoxdur. Yenə deyirəm, düzgünün tərəfindəsinizsə, digər məşqçilərə də belə suallar verin.

 

- Xəyalı qapıda oynatdınız, iki qolu başınıb üzərindən buraxdı... 

- Xəyal Tovuzda yaxşı seyvlər etdi. Onda yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır.

 

- İdman mətbuatının sizə qərəzli olduğunu düşünürsüz?

- Mən həmişə dəstək istəmişəm. Yeni məşqçi üçün belə ifadələr görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli. Bu gün istəməzdim ki, komandam xal itirsin.

 

- İstədiyiniz futbol, tətbiq etdiyiniz oyun kənardan xoş görünür. Bəs sabit qalmaq üçün nə çatmır?

- Nüanslar çoxdur. Bu mövsümü yaxşı başa vuraq. Əsas odur ki, iş var. Vəziyyəti sabitləşdirmək üçün heyətdən də çox şey asılıdır. Ümidvaram ki, hər şey qaydasında olar.

 

- Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Nə problem var ki, oynamır?

- 11 oyundur, qol vurmurdum. Bu matçlarda Rövlan əsas heyətdə idi. Bu oyunlarda heç qol ötürməsi belə yoxdur. Sərtan isə iştirak etdiyi oyunlarda faydalı olur. Bəs bu şansı indi ona nə üçün verməyim? Rövlan da şansını gözləməlidir. Rövlana 17 oyunda şans verilib, bu matçlarda isə daha az oynayanları nəzərə almaq lazımdır. Hər futbolçudan yararlanmaq istəyirik. Rövlanla problemimiz yoxdur. Məşqlərdə də yaxşıdır. Növbəti oyunlarda onu görə bilərik. Sərtan indi o mövqedə daha yaxşıdır.

 

Nuh Tarverdiyev 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər