top
Vaqif Cavadov: Azərbaycan klublarının Konfrans Liqasında növbəti mərhələyə keçmək şansları yüksəkdir Report.az
31 iyul 2025, 14:46
- ↺ +

Vaqif Cavadov: Azərbaycan klublarının Konfrans Liqasında növbəti mərhələyə keçmək şansları yüksəkdir

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab görüşlərinə çıxacaq "Sabah", "Zirə" və "Araz-Naxçıvan"ın növbəti mərhələyə adlamaq şansları yüksəkdir.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O, "Sabah"ın Moldova təmsilçisi "Petrokub"la ilk oyunda lazımi nəticə əldə etdiyini bildirib:

"Sabah" ilk oyunda istənilən nəticəni qazandı. Bir çoxları komandada ruh düşkünlüyü olduğunu düşünürdü. Lakin bunu görmədik. Səfər matçından 2:0 hesablı qələbə ilə qayıtdılar. Məncə, şansları yaxşıdır və mərhələ adlamaq üçün güclü futbolçulara malikdirlər. İnanıram ki, Bakıdakı oyunda da qələbə qazanacaqlar".

Sabiq hücumçu Xorvatiyanın "Hayduk" komandasına qarşı Bakıdakı kimi oynayacağı təqdirdə "Zirə"nin səfərdən yaxşı nəticə ilə dönəcəyini düşünür:

"Zirə" çox yaxşı komandadır və futbolçulara malikdir. Bakıdakı oyundan əvvəl çoxları "Hayduk"un qələbə qazanacağını deyirdi. Amma Rəşad Saıqovun komandası yaxşı mübarizə apardı, hətta hesabı da açdı. Yalnız sona yaxın qol buraxdılar. Buna baxmayaraq, son dəqiqələrdə "Zirə"nin qol imkanları oldu, hətta bir epizodda top tirdən qayıtdı. Düşünürəm ki, "Zirə" Bakıdakı matçdakı kimi oynasa, səfərdən yaxşı nəticə ilə qayıda bilər. "Hayduk"un isə Bakıdakı kimi oynayacağına inanmıram. Çünki azarkeşləri önündə qələbə qazanmaq istəyəcəklər. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq. İlk oyuna nəzər salsaq, şansları bərabər hesab edirəm".

V.Cavadov Yunanıstanda "Aris"in qonağı olacaq "Araz-Naxçıvan"ı möhkəm komanda adlandırıb:

"Araz-Naxçıvan" da birinci oyunda çox yaxşı çıxışla diqqəti cəlb etdi. Həm avrokuboklarda, həm də Azərbaycan çempionatında möhkəm komanda olduqlarını göstərdilər. Ümid edirəm ki, bu oyunda da iddialarını ortaya qoyub istədikləri nəticəni əldə edərək növbəti mərhələyə adlayacaqlar. Onu qeyd edim ki, "Aris" komandası da güclüdür. "Araz-Naxçıvan" hesabda öndədirsə, deməli, üstün tərəfdir".

Qeyd edək ki, "Sabah" - "Petrokub" matçı saat 20:00-da, "Aris" - "Araz-Naxçıvan" görüşü 22:15-də, "Hayduk" - "Zirə" qarşılaşması isə 23:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər