"Mançester Yunayted"in sabiq məşqçisi Rud van Nistelroy Almaniyada işləyə bilər. Sport24.az xəbər verir ki, "Hamburq" klubu mütəxəssisin xidmətində maraqlıdır.
Bu barədə "Sky Germany" nəşri məlumat yayıb.
"Hamburq" II Bundesliqada son 4 oyunda xal itirib. Klub rəhbərliyi baş məşqçi Şteffen Baumqartla yolları ayırmağı düşünür. Posta əsas namizəd Van Nistelroydur.
Niderlandlı mütəxəssisin son ünvanı "Mançester Yunayted" olub. O, yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra klubu tərk edib.
"Hamburq" II Bundesliqada 13 turdan sonra 20 xalla 8-ci sıradadır.