"Vest Hem" "Latsio"nun hücumçusu Valentino Kastelyanosu transfer edib. Sport24.az xəbər verir ki, müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Tərəflər razılığa gələrsə, anlaşma daha bir il uzadıla bilər.
27 yaşlı futbolçu bu mövsüm "Latsio"da 12 oyunda 2 qol vurub və 3 məhsuldar öürmə verib.
Argentina millisinin üzvü daha əvvəl "Jirona", "Nyu York Siti" kimi klublarda da çıxış edib.