"Milan" İspaniya gənclər yığmasının üzvü Xavi Gerranı transfer etmək arzusundadır.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Valensiya"ya 20 milyon avro təklif olunub.
"Rossoneyerilər" bu məbləğin 16 milyonunu birbaşa, 4 milyonunu isə bonuslar şəkildə ödəmək istəyiblər. Amma "Valensiya" gənc yarımmüdafiəçini 30 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, Gerra ötən mövsümdə 38 matçda 3 qol və 3 ötürmə ilə yadda qalıb.
İdman.biz