"Yanq Boyz"un yarımmüdafiəçisi Filip Uqriniç karyerasını İspaniyada davam etdirəcək. İsveçrəli futbolçu "Valensiya" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı isveçrəli ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Uqriniç 2024/25 mövsümündə bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.