top
Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir Sport24.az
Bu gün, 22:33
- ↺ +

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Vikinq"lə oyundan əvvəl mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis qarşılaşma, komandanın fiziki vəziyyəti, süni ot örtüyü və Norveçə 26 il sonra qayıtması barədə fikirlərini bölüşüb.  


Dambrauskas süni örtüklü meydançalarda oynamağın qadağan edilməsinin tərəfdarı olmadığını bildirib.


"Bu məsələyə münasibət bildirmək üçün özümü kifayət qədər səlahiyyətli hesab etmirəm. Bildiyim qədər, süni örtüklü meydançaların daha çox zədəyə və ya sağlamlığa zərərə səbəb olduğu sübut edilməyib. Mən Litvadan gəlirəm və orada iqlim şəraitinə görə təbii ot örtüyündə oynamağın nə qədər çətin olduğunu bilirəm. Mövsümə başlayırıq və təxminən aprelin sonuna, mayın əvvəlinə qədər süni örtüklü meydançalarda, bəzən isə qapalı zallarda oynayırıq. İqlim belədir və biz də şəraitə uyğunlaşırıq".  


Komandanın fiziki vəziyyətindən danışan baş məşqçi sıx oyun qrafikinin futbolçular üçün çətinlik yaratdığını deyib.  


"Belə sıx qrafikdə həmişə xırda zədələr və zərbələr olur. Gələn bazar günü milli komandaların fasiləsindən sonrakı ilk oyunumuzdan 28 gün keçmiş olacaq və həmin müddətdə səkkiz oyun keçirmiş olacağıq. Yəni hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyun və çoxlarının arzusudur. Çempionlar Liqasında olmayan bir çox futbolçu mənim oyunçularımın yerində olmaq istəyərdi. Biz də bu turnirdə olduğumuz üçün xoşbəxtik. Sabah üçün ən hazır və ən yaxşı vəziyyətdə olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı qərarı isə bu axşamkı məşqdən sonra verəcəyik".  


Dambrauskas "Vikinq"lə qarşılaşmaya hazırlıq zamanı əsas diqqəti futbolçuların bərpasına yönəltdiklərini vurğulayıb.  


"Ötən cümə çox çətin oyun keçirdik. Çətinlik təkcə oyunun özü deyil, səfərlərdədir. Dünən Norveçə beş saatlıq uçuş etdik. Əvvəlki oyunumuzdan qabaq da həmin matça qatarla altı saat yol getmişdik, sonra geri qayıtmaq üçün də altı saatlıq səfərimiz oldu. Gecə saat dörd radələrində geri çatdıq. Belə olduqda bərpa üçün vaxt çox azalır. Bədən daim yorğun olur və məşq vaxtımız da azalır. Əsas çətinlik futbolçuları mümkün qədər dinc və sağlam saxlamaqdır. Bu, həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür. Texniki hazırlığa gəlincə, düşünürəm ki, biz hazırlaşmışıq".     Norveçə 26 il sonra qayıtmasına da münasibət bildirən mütəxəssis burada yenidən olmağın xoş hiss olduğunu qeyd edib.  


"26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Uzun vaxt keçib və bu müddətdə Norveçə yalnız indi qayıtmağıma özüm də təəccüblənirəm. Burada yenidən olmaq çox xoş və möhtəşəm hissdir. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq". (Sportliqa)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Bu gün, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Bu gün, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Bu gün, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Bu gün, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Oxşar xəbərlər