top
Valdas Dambrauskas Sabahın məğlubiyyətindən sonra məyusluğunu ifadə etdi Idman.biz
14 avqust 2025, 23:02
- ↺ +

Valdas Dambrauskas "Sabah"ın məğlubiyyətindən sonra məyusluğunu ifadə etdi

"Əvvəlcə "Levski"ni növbəti mərhələ münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qollar vura bilmirsənsə, rəqib növbəti mərhələyə keçməyə daha layiqdir. Bu gün azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Taktiki cəhətdən bu oyun barəsində nələrsə demək çox çətindir. Biz çox məyus olmuşuq. Amma bu məyusluğu, pis hissləri unutmalıyıq. Sabahdan etibarən çempionat haqda fikirləşməliyik. Biz çox şeyləri artırmalıyıq. Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasında III təsnifat mərhələsində öz meydanda Bolqarıstanın "Levski" klubuna 0:2 hesabı ilə məğlubiyyətdən sonra deyib.

- Heyət barədə fərq olmasa da, bu gün Sofiya ilə müqayisədə daha qorxaq "Sabah" gördük. Səbəb nə idi?

- Bilmirəm siz nəyə görə belə qorxaqlıq adlandırırsız? Oyunçularımıza hörmətsizlik kimi qəbul edirəm. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə deyə bilməzdim. Son saniyə heç-heçədən bizi ayırdı. İnkişaf etməyimiz üçün çox şey var. Bugünkü oyunun birinci hissəsini təhlil etsəz, xətlər arası oyunçularımız necə açılırdı. Bu gün fərq var idi. Rəqib risk etmirdi, biz daha çox risk etməliydik. Birinci hissədə bir səhvimiz oldu, o da qolla nəticələndi. Bundan sonra risklər aldıq. Üçüncü zonaya gələrkən, daha dəqiq paslar çatışmırdı bizdə. Boşluqlar çatmağa çətinlik çəkirdik.

- Sizcə, "Sabah"ın bugünkü oyunu stadiona gələn azarkeşlərə hörmətsizlik deyildi?

- Bu insanları nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Yaxşı nəticə olsaydı, bizə təşəkkür edəcəkdilər, stadiona tərk etməyəcəkdilər. Amma onlara səbirli olmağa çalışıram. Üzgünük ki, onları üzdük. Ən azından hesabı bərabərləşdirib, intriqanı artıra bilərdik. Azarkeş mədəniyyəti bir gündə yaratmaq mümkün deyil.

- Etiraf edirsiz ki, Pavol Şafranko və Cessi Sekidikanın meydanı tərk etməsindən sonra hücumda effektlik azaldı? Uğursuz əvəzetmə olduğunu demək olar?

- Yanlış xatırlamıram ki, bu dəyişikliyi 70-ci dəqiqədən sonra etdik. Əlbəttə ki, hər dəyişikliyin arxasında xoş niyyət var. Bilirik ki, daxil olan oyunçu daha fərahdır, daha güclü olur. İstəyirik ki, oyuan qatqı versin. Qol vursaydılar, deyəcəkdiz siz necə oxuduz oyunu? Əfsuslar olsun ki, bu gün bu işləmədi. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parris də meydana daxil oldu.Cessinin yerinə Anatoli Nuriyev daxil oldu. Xəyal da həmçinin. Daha çox kreativlik istəyirdik. Mərkəz müdafiəçisi də meydana daxil oldu ki, Standart vəziyyətlərdən nəsə edək. Əfsuslar olsun ki, bu gün bu işləmədi.

- Sizcə, "Sabah" vaxtında lazımı sayda keyfiyyətli oyunçular transfer etmədiyi üçün hər iki oyunda uduzdu?

- Birinci hissədə rəqibin cəmi 1 zərbəsi oldu. İkinci hissədə bizə qol lazım idi. Rəqib çox arxaya çəkildi, bağlandılar və bizə boşluqlar vermədilər. Oyuna nəzarət edən tərəf biz idik. "Levski" əks-hücumlarda eç nə edə bilmirdi. Sadəcə bir fürsətləri oldu, ondan da yararlandılar. Bizim də onlara oxşar şanslarımız var idi. Biz yararlana bilmirdik. "Levski"yə qarşı oynayıdıq, Bolqarıstanda 2-ci idilər. Transfer dəyərləri bizdən artıqdır. Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Sadəcə 10 saniyə bizi yaxşı nəticədən uzaqlaşdırdı. İkinci oyuna da təsiri oldu. Bizim oyunçularımız hər şeyi etdilər. Amma bunu həll yolu o demək deyil ki, oyunçuları göndərək, yenilərini gətirək. mən elə məşqçi deyiləm. Bu, həll yolu deyil. Biz daha çox işləyib, daha ağıllı həll yolu tapmalıyıq ki, yeni sezon avrokuboklarda daha uğurlu çıxış edək.

- Liqada hədəf nədir?

- Çox yaxşı sualdır. Bizim məqsədimiz maksimum əlimizdən gələni edək ki, çempionatda hər matçdan qalib ayrılaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Futbol
Bu gün, 16:20

İnтер "Flamenqo"nun hücumçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 16:12

Coy-Lens Mikels: “Almaniyada alınmadı” – Dortmund klubuna dair açıqlamalar

Futbol
Bu gün, 15:50

Borussiya futbolçuları Bakıda futbol-tennis oynadı

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Oxşar xəbərlər