top
Valdas Dambrauskas: Azərbaycanda yeni yerləri kəşf etmək məni motivasiya edir Idman.biz
18 noyabr 2025, 14:38
- +

Valdas Dambrauskas: Azərbaycanda yeni yerləri kəşf etmək məni motivasiya edir

"Gələcəkdə də Azərbaycanda yeni yerləri kəşf etməyi böyük məmnuniyyətlə davam etdirmək niyyətindəyəm".

Bunu "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Şahdağ səfəriniz sizdə hansı xüsusi təəssürat yaratdı? Bu səfərdən sonra Azərbaycan təbiəti haqqında sizdə necə fikirlər formalaşdı?

- Fərqli ölkələri və mədəniyyətləri görmək, təbiəti kəşf etmək, yerli insanlarla tanış olmaq imkanı mənim üçün böyük təcrübədir. Futbol sahəsində işləməyin ən gözəl tərəflərindən biri də budur. Bu iş insana həftəsonu qazanılan qələbədən daha çoxunu verir. Bu dəfə millinin oyunları ilə bağlı fasilədə Şahdağa getdim. Laza və Xınalıq kəndlərində səyahətdə oldum. Landşaftı çox düz olan Litvadan gəldiyim üçün dağlara və yüksəkliklərə xüsusi marağım var. Şahdağda onların kifayət qədər çox olduğunu gördüm. Bu, unudulmaz səyahət idi.

Təmiz dağ havasını hiss etmək, gözəl yerləri və qarlı zirvələri görmək, yerli insanlarla tanış olmaq, onların hekayələrini dinləmək, Azərbaycanın tarixi haqqında öyrənmək möhtəşəm təcrübə oldu, günlərimi çox dəyərli etdi. Bundan öncə Siyəzəndəkı dağlara və Qobustan Milli Parkına da getmişdim. Bu səfərlər də məndə çox gözəl təəssüratlar yaratdı. Azərbaycan çox gözəldir və burada görəcək, öyrənəcək o qədər şey var ki….

- Azərbaycanın digər bölgələrini də ziyarət etməyi planlaşdırırsınız?

- Gələcəkdə də Azərbaycanda yeni yerləri kəşf etməyi böyük məmnuniyyətlə davam etdirmək niyyətindəyəm. Dediyim kimi görəcək və öyrənəcək çox şey var. Səyahət etməyi və yeni yerlər kəşf etməyi sevirəm. "Sabah" klubunun əməkdaşları mənim səyahət etməyi sevdiyimi öyrənəndə bu istiqamətdə çoxlu tövsiyələr verdilər. Bunu mütləq davam etdirəcəyəm. Yeganə problem vaxtdır. Mövsüm ərzində çox məşğul oluruq, amma nə zaman bir az boş vaxt tapsam, mütləq harasa gedib yeni yerlər görməyə çalışıram.

- Bu cür səfərlər sizə məşqçi kimi motivasiya verir, yoxsa daha çox şəxsi istirahət xarakteri daşıyır?

- Hər ikisi. Baş məşqçi işi həm çox çətin, həm də tələbkardır. Təkcə futbol məşqlərini və taktikanı bilmək kifayət etmir. Bundan çox daha artıqdır. İlk növbədə anlamalıyıq ki, biz maşınlarla yox, insanlarla işləyirik. Onları nəyin irəli apardığını, nəyin motivasiya etdiyini başa düşməlisən. Hər gün 30–40 nəfərin qarşısına çıxmalı, onlarla danışmalı, istiqamət verməli, ruhlandırmalı, liderlik etməlisən. Bunu bir gün, iki gün, yeddi gün etmək asan deyil, amma aylarla, bütün mövsüm boyunca davam etdirmək əlbəttə ki, çətindir. Bunun üçün hər gün özünü bir az da inkişaf etdirməlisən ki, boşluq buraxmayasan. Mən müxtəlif mənbələrdən ilham alıram. Məsələn, kitablardan, insanlardan, filmlərdən, teatr və musiqidən və sair. Səyahət də bunlardan biridir. Yerli mədəniyyəti, tarixi və ənənələri anlamaqla yerli futbolçularla daha yaxşı bağ qura bilirəm və onları daha yaxşı başa düşürəm.

- Qış transfer pəncərəsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?

- Transfer pəncərələri zamanı güclənmək baş məşqçi, skautinq komandası, idman direktoru və idarə heyətinin birgə işidir. Bu, heç vaxt bir günlük məsələ deyil. Bir transfer pəncərəsi bitən kimi növbətisinə hazırlaşmağa başlayırsan. Müxtəlif liqaları və futbolçuları izləyirsən, axtarış aparırsan, analiz edirsən.

Mövsümün bu vaxtında hansı mövqeləri gücləndirəcəyimizi dəqiq demək hələ çətindir. Mən heç vaxt transfer xatirinə futbolçu götürməyin tərəfdarı olmamışam. Mənim üçün əsas olan odur ki, yeni oyunçu bizdə çatışmayan yeni ölçü və keyfiyyət gətirsin. Bu səbəbdən hazırkı heyətimizi uğurlu hesab edirəm. İnanıram ki, futbolçularımın komandaya verəcəyi çox şey var və sahib olduğumuz potensialı tam şəkildə hələ göstərməmişik. Gözləyək və görək gələcək bizə nə gətirəcək.

- Hazırda "Sabah" çempionatda 3-cü pillədə qərarlaşıb. Mövsümün sonu hədəfləriniz nədir?

- Əsas məqsədimiz yaxşı futbol oynamaq və mümkün qədər uğurlu nəticələr əldə etməkdir. Yəni, elə matçlar keçirməliyik ki, biz oyuna dominantlıq edək, 90 dəqiqə rəqibə təzyiq göstərək, təhlükə yaradaq və qollar vuraq. Əgər "Sabah"ı bunun üzərində formalaşdıra bilsək, nəticələr öz-özünə gələcək.

Hazırda azarkeşlərimizin və digər komandaların tanıya biləcəyi bir futbol mədəniyyəti və oyun kimliyi qururuq. Bunun üçün ilk addım komandada hər bir rəqibi məğlub edə biləcəyimizə inam yaratmaqdır. Bu inamı formalaşdırdıqdan sonra isə daha böyük hədəflər barədə xəyallar qura bilərik.

- Komandanın oyun üslubunda mövsümün əvvəlindən bu günə kimi hansı dəyişiklikləri ən uğurlu hesab edirsiniz?

-Düşünürəm ki, mövsümə potensialımıza uyğun olmayan şəkildə başladıq. Digər komandalarla müqayisədə avrokuboklarda mübarizəyə daha erkən start verdik. Yerli çempionat başlamazdan əvvəl artıq 6 oyun keçirmişdik. Bir tərəfdən bu üstünlükdür, amma digər tərəfdən avrokubokdan ayrılan komandalarda adətən kiçik performans enişi olur. Bizdə də bu eniş yerli liqanın ilk üç oyununda yaşandı.

Ondan sonra isə inkişaf etdik. Bəzən bu inkişaf daha çox, bəzən isə gözəçarpan dərəcədə az idi. Fikrimcə, hazırda liqada pressinq, əks-pressinq, ön xətdə topu qazanıb epizod yaratmaq üzrə ən yaxşı komandalardan biriyik. Lakin bununla yanaşı, müdafiə xəttimiz də yaxşı mənada fərqlənir. Bütün bunlar gələcək üçün bizə güclü təməl yaradır.

Lakin eyni zamanda daha yaxşı etməli olduğumuz çox şey var. Hücum potensialımızdan tam istifadə etmirik, kifayət qədər qol vurmuruq, kifayət qədər imkan yaratmırıq, hücum fazasında axıcı futbol oynamırıq. Bunların hamısı yalnız çoxlu məşq və fokuslanmış hazırlıqla mümkün olacaq. Buna görə də növbəti məşq bizim üçün ən vacib məşqdir. Diqqəti əldən verməməli və bu sahələri inkişaf etdirmək üçün çox çalışmalıyıq ki, rəsmi oyunlarda daha yaxşı və daha inamlı çıxış edək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Bu gün, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Bu gün, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Bu gün, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
Dünən, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
Dünən, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
Dünən, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
Dünən, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
Dünən, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
Dünən, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
Dünən, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
Dünən, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
Dünən, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
Dünən, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
Dünən, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
Dünən, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
Dünən, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Basketbol
Dünən, 14:10

“Sumqayıt” basketbol klubunun yeni məşqçi heyəti açıqlanıb

Qarabağ FK
Dünən, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Dünən, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Minifutbol
Dünən, 09:36

AFFA futzal üzrə seçki məşqlərini 24‑26 sentyabr tarixlərində “Olimpik Star” idman kompleksində keçirəcək

Futbol
Dünən, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
21 sentyabr 2026, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
21 sentyabr 2026, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Oxşar xəbərlər