top
Vadim Abdullayev: Neftçi ilə oyunda vuruşmaq və mübarizə aparmaq üçün gəlmişdik Idman.biz
29 sentyabr 2025, 09:43
- ↺ +

Vadim Abdullayev: "Neftçi" ilə oyunda vuruşmaq və mübarizə aparmaq üçün gəlmişdik

"Neftçi" komandası öz meydanında oynayırdı. Xal almaq bizim üçün çox önəmli idi".

Bu sözləri "Karvan-Yevlax" komandasının futbolçusu Vadim Abdullayev səfərdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra sportnet.az-a müsahibəsi zamanı deyib.

31 yaşlı yarımmüdafiəçi əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

– Oyun gözlədiyimiz kimi oldu. "Neftçi" komandası həm keyfiyyət baxımından güclüdür, həm də öz meydanlarında oynayırdılar. Bunları nəzərə alsaq, xal almaq bizim üçün çox önəmli idi. Yaxşı nəticədir, çünki rəqib Azərbaycan çempionatında sözünü demiş, müəyyən səviyyədə olan komandadır. Bu gün xüsusilə qapıçımız və müdafiəmiz ön plana çıxmalı idi, bunu da bacardıq.

Hücum xəttində bir qədər çatışmazlıqlar var idi. Bu barədə nə deyə bilərsiniz?

– Açığı, nominal hücumçumuz meydanda yox idi, zədəlidir. Artıq 3-4 oyundur nominal hücumçusuz oynayırıq. Ona görə də müəyyən çətinliklər yaranır. Amma bu gün şanslarımız da oldu, epizodlar yaratdıq. Narazı deyilik, 1 xal götürdük, "Karvan" üçün çox önəmli idi.

Premyer Liqaya yeni qayıtmış "Karvan" olaraq, illərin "Neftçi"sinə qarşı oynamaq sizdə əlavə təzyiq yaratmırdı?

– Təzyiq müəyyən mənada var idi, çünki son 3 oyunda uduzmuşduq. Bu da bir qədər narahatlıq gətirirdi. Rəqib də bizə asan rəqib kimi baxırdı, amma düşünürəm ki, heç bir idmançı bunu qəbul etməz. Biz də bunu sübut etmək istəyirdik. Sadəcə, bura kimin üçünsə rahat rəqib olmaq üçün yox, vuruşmaq və mübarizə aparmaq üçün gəlmişdik. Allah da bizə yardım etdi.

Oyun ərzində həm siz, həm də komanda yoldaşlarınız daha aqressiv idiniz. Bu, nə ilə bağlı idi?

– Belə oyunlarda daha çox enerji itirən tərəf biz oluruq, bu da normaldır. Çox qaçan daha aqressivləşir, daha çox enerji sərf edir, hər təmasa reaksiya verir. Amma oyundan sonra hamı bir-biri ilə görüşdü.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər