top
Vadim Abdullayev: Çox qol buraxırdıq, amma asan rəqib olmadığımızı göstərdik Idman.biz
28 sentyabr 2025, 15:09
- ↺ +

Vadim Abdullayev: "Çox qol buraxırdıq, amma asan rəqib olmadığımızı göstərdik"

"Son oyunlarda həddindən artıq çox qol buraxırdıq. Ardıcıl üç matç idi ki, məğlub olurduq. Məncə, rəqib də buna görə bizə daha rahat yanaşırdı. Amma unutmaq olmaz ki, biz də insanıq və heç bir peşəkar idmançı bu vəziyyəti qəbul edə bilməz. Biz də asan rəqib olmadığımızı göstərdik və sona qədər mübarizə apardıq".

Bu fikirləri futbolinfo.az-a açıqlamasında "Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev deyib.

Yarımmüdafiəçi səfərdə "Neftçi" ilə qolsuz bərabərlik barədə də danışıb: "Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi"nin səviyyəsini və öz meydanında oynamasını nəzərə alsaq, onlardan xal almaq bizim üçün çox önəmli idi. Bu nəticəni yaxşı hesab edirəm. Çünki rəqib Azərbaycan çempionatında müəyyən səviyyəyə malik komandadır. Qapıçımız və müdafiəçilərimiz inamlı çıxış etdilər. Əlimizdən gəldiyi qədər mübarizə apardıq. Hazırda bu nəticə bizim üçün dəyərlidir. Zədəli olduqları üçün bir neçə turdur ki, nominal hücumçusuz oynayırıq. Bu isə müəyyən çətinliklər yaradır. Amma buna baxmayaraq, hücumlara çıxır və kifayət qədər təhlükəli vəziyyətlər yarada bilirdik".

Kapitan oyunda yaşanan gərginlikdən də söz açıb: "Belə görüşlərdə daha çox qaçan tərəf biz oluruq. Daha çox enerji sərf edən tərəf isə təbii ki, daha çox səhv edir və aqressivləşir. Hər xırda təmasa reaksiya vermək adi haldır. Ona görə gərginlik meydanda özünü göstərdi. Amma oyun bitəndən sonra hamı bir-biri ilə görüşüb, sağollaşdı".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər