top
Vadim Abdullayev: Azarkeş dəstəyi bizim kimi komandalar üçün çox önəmlidir - MÜSAHİBƏ Idman.biz
17 avqust 2025, 18:17
- ↺ +

Vadim Abdullayev: Azarkeş dəstəyi bizim kimi komandalar üçün çox önəmlidir - MÜSAHİBƏ

"Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayevin Sportal.az-a müsahibəsi

- Mövsümün ilk oyununda "Qəbələ" ilə qarşılaşdınız və heç-heçə oynadınız. Bu, sizi razı salan nəticə idi?

- İlk oyun həmişə və hər bir komanda üçün ağır olur. Çünki adaptasiyaya vaxt lazımdır. Yeni komandayıq, yoldaşlıq oyunu az oynamışıq. Ona görə bizə bir az zaman lazımdır. İstənilən halda, "Qəbələ" önünə qələbə üçün çıxmışdıq. Allaha şükürlər olsun ki, ən azından bir xal qazana bildik.

- Səncə, daha artığını etməyə potensialınız var? Yığılan kollektiv çempionatda daha çoxunu edə biləcək gücdədir?

- Bunu zaman göstərəcək. Hamımız daha yaxşısına inanmalıyıq, çalışmalıyıq. Möhkəm kollektiv olsanız, istədiyinizə tədricən çata bilərsiniz. Biz də, bu cür yanaşırıq.

- "Karvan-Yevlax"da kapitanlıq sarğısını daşımağını necə şərh edərdin? Komandada yenisən, amma məşqçilər korpusu sarğını sənə həvalə edib...

- Məşqçilər korpusunun verdiyi qərardır. Təşəkkür edirəm ki, buna layiq görüblər. Mənim üçün yeni təcrübə deyil. Əgər onu mənə layiq görüblərsə, qarşılığını vermək borcumdur. Təbii ki, bunu həm meydanda, həm də meydandan kənarda nəzərdə tuturam.

- Komandanız hələlik ev matçlarını evində keçirmir, Şamaxıda oynayır. Bunun komandanın oyununa, nəticələrinə təsiri olacaq?

- Təbii ki, səbirsizliklə ev oyunlarımızı doğma meydanda oynamaq arzusundayıq. Bizim kimi komandalar üçün azarkeş dəstəyi çox önəmlidir. O vaxta qədər bütün oyunlar səfər kimi olacaq.

- Növbəti turda isə rəqibiniz "Kəpəz"dir. Yəqin ki, sabah onların da oyununa baxacaqsınız və rəqib haqda da bir fikir formalaşacaq?

- Hər oyunun öz hökmü var. İstənilən görüş həm ağır, həm də fərqlidir. Rəqibimizi həm izləmək fürsəti olacaq, həm də məşqçi heyəti oyuna qədər bizləri məlumatlandıracaq. Məşqlərdə ciddi hazırlaşacağıq ki, səhvləri aradan qaldıraq və hazır olaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Oxşar xəbərlər