top
Uşaq Futbolunda Valideyn Problemi, Futbola Maraq və Uğur Sirri: Sadiq Eyvazi İdman.Biz-ə Müsahibəsi Idman.biz
29 noyabr 2025, 14:10
- ↺ +

Uşaq Futbolunda Valideyn Problemi, Futbola Maraq və Uğur Sirri: Sadiq Eyvazi İdman.Biz-ə Müsahibəsi

Balaca ayaqlar, meydanda sürətlə qaçan fiqurlar və ciddi baxışlar - "Ulduz" futbol akademiyasının U8 komandası məşq zamanı belə görünür. Böyük meydançada onlar cəmi kiçik bir sahəni tutur və uzaqdan baxanda balaca nöqtələri xatırladırlar.

Bu yaşda uşaqlarla işləmək çətin görünə bilər. Amma komandanın baş məşqçisi Sadıq Eyvazi İdman.Biz-lə söhbətində deyir: "Uşaqlarla işləmək böyüklərlə işləməkdən daha rahatdır. Bu, mənim mühitimdir. Əlbəttə, özəllikləri var: psixologiyanı bilməlisən, uşağı anlamağı bacarmalısan. Bəzən məşqdə ağlayan, inciyən olur - yana çəkib sakitləşdirməli, qucaqlamalı olursan. Mən hər birinə öz övladım kimi baxıram, ona görə çətinlik çəkmirəm".

Məşqçinin yanaşması özünü dərhal göstərir. O, tənbeh etməklə yanaşı, "əla!" deyə səslənir, uşaqlar isə gülümsəsələr də, dərhal ciddi üz ifadəsinə qayıdırlar - çünki məşq məsuliyyət tələb edir.

Bununla belə, çətinliklər az deyil. "Biz futbolun əlifbasını sıfırdan öyrədirik, - Sadıq Eyvazi izah edir. Bəzən eyni şeyi bir-iki dəfə yox, yüz dəfə təkrarlamalı olursan ki, uşaq tam qavrasın. Uşaqlar futbola oyun kimi baxırlar, amma bizim məqsədimiz onlara həqiqi futbolu öyrətməkdir".

Məşqçi bildirir ki, səbir burada əsas şərtdir, amma lazım olanda sərtlik də vacibdir: "Həmişə gülmək olmaz, çünki uşaq da ciddi yanaşmaz. Bəzən sərt deməlisən ki, başa düşsün: məşq intizam tələb edir və bu, həyətə düşüb oynamaq deyil".

Onun sözlərinə görə, uşaq futbolundakı ən böyük problemlerindən biri valideynlərdir. "Hər gün eşidirəm: ‘Niyə mənim uşağım oynamır?" və ya "Mənimki daha sürətli, daha güclüdür" Bəzən meydançaya belə müdaxilə edirlər. Mən həmişə deyirəm: evdə nə istəyirsinizsə, deyin, amma məşqdə qərarı məşqçi verir".

"Futbol daha kütləvi olub"

Sadıq Eyvazi vurğulayır ki, Azərbaycanda futbola maraq artıb. Bəzən seçimlərə yüzdən çox uşaq gəlir, amma hamı qəbul olunmur - digərləri marağı itməsin deyə başqa qruplara yönləndirilir.

"Seçimdə fiziki göstəricilərə baxırıq, həmçinin valideynlərin boyuna diqqət edirik ki, uşağın gələcəkdə necə olacağı barədə təxmini təsəvvür yaransın. Boy sürət üstünlüyü verir, qapıçılar üçün isə əsas amildir. Əlbəttə, istisnalar olur - Messi, Maradona kimi. Azərbaycanda da nümunələr var: Elvin Cəfərquliyev hündür deyil, amma xarakteri və istəyi hesabına uğur qazandı. Amma həm boy azdır, həm də istək yoxdursa, o zaman heç nə alınmır".

"Uşağı futbola hansı yaşda gətirmək lazımdır?" sualına məşqçi belə cavab verir: 5–6 yaş.

"Bu yaşda potensial görünür, amma onun peşəkar olub-olmayacağını yalnız 13–14 yaşda demək olur. Kimi tez parlayır, kimi gec yetişir. Axırda isə düşünmə qabiliyyəti və oyunu dərk etməyi daha yaxşı olanlar qalır".

Sadıq müəllim onu da əlavə edir ki, yalnız idmanı sevən uşaqlar irəli gedə bilir: "Bəzən valideynlər uşağı məcbur edirlər. Biz belə uşaqları saxlamırıq".

İdman.Biz U8 komandasının balaca futbolçularından biri ilə də danışa bilib. Kiçik Elçin barmaqları ilə göstərib 5 yaşında olduğunu deyir və məşqə öz istəyi ilə gəldiyini bildirir. Amma onun üçün ən çətin sual soyadı ilə bağlı olur: "Bilmirəm", – deyə gülümsəyərək cavab verir…

Leyla Eminova
Foto: İslam Atakişiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Oxşar xəbərlər