top
Uroş Matiç: Qurban Qurbanovun yanında təcrübə keçmək üçün Bakıya gələcəyəm Idman.biz
09 dekabr 2025, 17:45
- ↺ +

Uroş Matiç: Qurban Qurbanovun yanında təcrübə keçmək üçün Bakıya gələcəyəm

"Ayaks" güclü komandadır. Amma hazırda onların vəziyyəti ürəkaçan deyil".

Bunu "Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Qarabağ" yenidən UEFA Çempionlar Liqasının əsas mərhələsində oynayır. Onların bu çıxışı sizi təəccübləndirmədi?

– Onların bu uğuruna görə çox sevinirəm. Demək olar ki, bütün matçlarını izləyirəm. Azərbaycan təmsilçisi ÇL-də çox gözəl futbol oynayır. Bu, Qurban Qurbanovun əməyinin nəticəsidir. Onun oynatdığı futbol, tətbiq etdiyi taktika üst səviyyədədir. "Qarabağ" bu mövsüm çox güclüdür. Onlar əla futbol oynayırlar. Bütün azərbaycanlı azarkeşlər onları dəstəkləyirlər. Çünki Azərbaycan futbolu adına böyük işlər görürlər.

– Sizcə, onlar növbəti mərhələyə adlaya biləcəklər?

– Düşünürəm ki, bunun üçün güc var. Rəhbərlik, məşqçi heyəti, futbolçular birlikdə bu vəzifənin də öhdəsindən gələcəklər. Çempionlar Liqası mövsümün uzun yarışıdır. Arzum "Qarabağ"ı bu böyük turnirin finalında görməkdir. Çünki onlar bunu haqq edirlər, ən yaxşısına layiqdirlər. Qurban Qurbanovun komandanı növbəti mərhələ üçün kökləyəcəyinə əminəm.

– Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda "Qarabağ" "Ayaks"la qarşılaşacaq. Sizcə, qələbə qazana biləcəklər?

– "Ayaks" güclü komandadır. Amma hazırda onların vəziyyəti ürəkaçan deyil. Çünki yaxşı nəticələr, yaxşı oyun yoxdur. Bu da təbii ki, komandaya təsir edir. "Qarabağ" qələbə qazanmaq üçün yaxşı şans əldə edib. Qurban Qurbanovun komandası bunu bacaracaq gücdədir.

– Hazırda özünüz nə işlə məşğul olursunuz?

– Serbiyada məşqçiliklə məşğulam. Yeni başlamışam. Təxminən bir il olar ki, özümü çalışdırıcı kimi sınayıram.

– "Qarabağ"ın oyunlarını izləmək üçün Bakıya gəlmək isəyirsiz?

– Oyun izləmək üçün yox, amma Qurban Qurbanovun yanında təcrübə keçmək üçün gələcəm. Ən azı bir həftə onun yanında olmaq istəyirəm, ondan öyrənəcəyim çox şey var.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Dünən, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Dünən, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Dünən, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Dünən, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Dünən, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Oxşar xəbərlər