"Bizim üçün çətin oyun oldu. İlk yarıda istədiyimiz kimi çıxış edə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın oyunçusu Urfan Abbasov deyib.
"Kəpəz"lə oyunu şərh edən müdafiəçi çətin qələbə qazandıqlarını söyləyib: "Ötürmələrdə tez-tez səhvlərə yol verir, hücumlarda kəsərli ola bilmirdik. Rəqib də yaxşı qapanaraq bizə güclü müqavimət göstərdi. Amma şükürlər olsun ki, fasilədən sonra bir qədər keyfiyyətli oynayıb hücumlarımızın sayını artırdıq və bizə lazım olan qolu vurduq. Çətinliklə də olsa əsas odur ki, qələbə qazandıq. Bundan sonrakı turlarda da uğurumuzun ardını gətitmək istəyirik".
Qeyd edək ki, Premyer Liqanın VI turunda "Araz-Naxçıvan" öz meydanında "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.
ABDULLA İSMAYILOĞLU