top
Urfan Abbasov: Naxçıvanda azarkeşlər qarşısında daha motivasiyalı və uğurlu oyunlar oynayardıq - MÜSAHİBƏ Idman.biz
23 may 2025, 12:23
- ↺ +

Urfan Abbasov: "Naxçıvanda azarkeşlər qarşısında daha motivasiyalı və uğurlu oyunlar oynayardıq" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasovun İdman.biz-ə müsahibəsi

- "Araz-Naxçıvan" bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandı. Əvvəlcədən qarşıya qoyulan məqsəd bu idi, yoxsa?

- Sözün düzü, çempionat başlayanda avrokuboklara getmək kimi bir hədəf qoyulmamışdı. Ancaq gedişatda gördük ki, yaxşı nəticələr qazanırıq. Sonda da çempionatda üçüncü olduq.

- Son turlar "Turan Tovuz"la gərgin rəqabətdə keçdi. Sözügedən mərhələdə sizdə hər hansı tərəddüd oldu?

- Bütün oyunlara yaxşı motivasiya ilə çıxmağa çalışırdıq. Birinci dövrdəki matçların demək olar ki, hamısı yaxşı keçdi, ikinci dövrədə müəyyən qədər axsaqlıq oldu. Zədəli futbolçuların çoxluğu və stadionla bağlı yaşadığımız problemlər oyunumuza da təsir etdi, xallar itirdik. Ancaq əsas nəticədir, onu da qazana bildik. Çalışacağıq ki, Konfrans Liqasında da yaxşı çıxış edək.

- Konfrans Liqası ilə bağlı komandanın qarşısına qoyulan hədəflər artıq bəllidir?

- Məncə, əsas məsələ düzgün yanaşma və geniş heyətə sahib olmaqdır. Yaxşı oyunçular gəlsə, komanda daha yaxşı olar. Hələ ki, heç nə bəlli deyil. Hamı gözləmə mövqeyindədir. Uşaqların çoxunun müqaviləsi bitir.

- Elə sizin də.

- Mən də digər oyunçular kimi gözləyirəm.

- "Araz-Naxçıvan"da qalmaq istəyirsiniz?

- Danışıq olsa, yəqin ki, müsbət nəticələnər.

- Sabiq komandanız "Qəbələ" də Premyer Liqaya qayıdır. "Qırmızı-qaralar"dan təklif gəlsə, bəs necə?

- Hələ ki, heç bir təklif yoxdur. İstənilən təklifi götür-qoy etmək lazımdır. Hazırda isə bu haqda nəsə deyə bilmərəm. Üstəlik, "Zirə" ilə bir oyunumuz qalıb. Yəqin ki, ondan sonra bu barədə danışa bilərik.

- Belə başa düşdüm ki, gələcəklə bağlı konkret danışacağımız nəsə yoxdur. Bitməkdə olan mövsümdən danışsaq, hansı oyunu fərqləndirərdiniz?

- Bütün oyunlar maraqlı, rəqabətli keçdi. Düzü, fərqləndirə biləcəyim hansısa qarşılaşma yoxdur. Yəqin ki, Naxçıvanda çoxsaylı azarkeşlər önündə çıxış etsəydik daha motivasiyalı, uğurlu oyun keçirərdik. Ümid edirəm, növbəti mövsümdə bu məqamı da nəzərə alarlar. Stadion və zədəlilərə baxmayaraq, "Araz-Naxçıvan" adına çox yaxşı nəticəyə imza atdıq.

- Mövsümdə ən yaddaqalan matçlarınız sırasında "Qarabağ"la qarşılaşmaları qeyd edə bilərik. Təbii ki, söhbət yalnız müsbət məqamlardan getmir.

- "Qarabağ"la oyunlar gərgin keçir. Onlara qarşı daha motivasiyalı oynamağa çalışırıq. Futbolda belə intriqaların olması normaldır. "Qarabağ"ın gücünə hamımız bələdik. Biz yaxşı oynamağa çalışdıq, ancaq keyfiyyət baxımından yəqin ki, onlar bizi üstələdilər. "Qarabağ"ın avrokubok və Çempionlar Liqası təcrübəsi var. Oyun zamanı baş verən neqativ hallara gəldikdə isə futbolçular arasında belə anlaşılmazlıqlar olur. Bu da normal haldır. Olan stadionun içində qalır. Belə situasiyalarda komandanı sakitləşdirməyə çalışırıq. Bu zaman alınan vərəqə lazımsızdır və növbəti oyunlara təsir edir.

- Bəs fərdi performans baxımından mövsüm sizin üçün necə yadda qaldı?

- Mövsüm ərzində ciddi zədələrim olmadı. Oyunların demək olar ki, 90-95 faizində iştirak etmişəm. Fikrimcə, pis mövsüm keçirməmişəm. Əlbəttə ki, zəif oynadığım matçlar da oldu. Bu da futbolda qaçılmazdır. Bacardığım qədər komandaya kömək etməyə çalışdım. Yaş faktorunu da nəzərə almaq lazımdır. Mənim də yaşım az deyil.

- Karyeranı nə vaxt bitirməyi planlayırsınız?

- Nə qədər gücüm varsa, o qədər oynayacam. Hələ bir-iki il də komandalara fayda verməyə çalışacam.

- Məlum nəticədən sonra klub tərəfindən mükafatlandırıldınızmı?

- Rəhbərlik həmişə bizim yanımızda olub. Mükafatlandırılacağımızı da bilirik. Hələ ki, gözləyirik.

- Mükafatın məbləği məlumdur?

- Bunu demək düzgün olmaz.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Oxşar xəbərlər