"Bavariya"nın müdafiəçisi Dayot Upamekano karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı fransızla "Barselona" maraqlanır. Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq futbolçu həm də "Liverpul"un maraq dairəsindədir.
Qeyd edək ki, Upamekano bu mövsüm 8 oyunda meydana çıxıb.