"Uotford" "Bavariya"nın hücumçusu Nestor İrankundanın transferini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat paylaşıb.
19 yaşlı avstraliyalı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt" portalı müqaviləni 3 milyon avro qiymətləndirib.
Qeyd edək ki, İrankunda Münhen komandasının ikinci heyətində 15 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.