top
Ümidverən Məğlubiyyət: Azərbaycan Millisinin Ukrayna ilə Oyunu Idman.biz
14 oktyabr 2025, 09:55
- ↺ +

Ümidverən Məğlubiyyət: Azərbaycan Millisinin Ukrayna ilə Oyunu

Azərbaycan millisi Dünya Çempionatının 2026-nın seçmə mərhələsindəki oktyabr oyunları Ukraynaya məğlubiyyətlə başa çatdı. Krakovda keçirilən görüş gərgin və meydanın hər qarışı uğrunda mübarizə şəraitində keçdi, hər iki komanda real qol imkanlarına malik idi. Rəqibin 2:1 hesablı çətin qələbəsi də bunu təsdiqləyir. Bununla belə, Ayxan Abbasovun yetirmələrinin oyunu gələcək inkişaf baxımından kifayət qədər ümidverici təsir bağışladı.

İdman.biz xatırladır ki, "sarı-göy"lərə qarşı Bakıda keçirilmiş ilk oyundan sonra bir çox mütəxəssislər yeni baş məşqçimizin qısa müddət ərzində komandanı ağıllı futbol oynamağa yönəltdiyini və əsas diqqəti müdafiəyə verdiyini qeyd edirdilər. Bu fikirlə razılaşmamaq çətin idi, çünki Ayxan Abbasovun sələfi Fernando Santuşun rəhbərliyi dövründə yığma Millətlər Liqasında və seçmə mərhələnin startında, xüsusilə Reykyavikdə ağır məğlubiyyətlər almışdı.

Komanda bir gündə qurulmur, A. Abbasov isə çox çətin vəziyyətdə yığmanın sükanı arxasına keçib. Parisdə ağır oyundan cəmi bir neçə gün sonra futbolçular Krakovda yenidən meydana çıxmalı və nəticə uğrunda mübarizə aparmalı idilər. Amma daha önəmlisi odur ki, baş məşqçi milliyə döyüş ruhu, mübarizə istəyi və son illərdə çatışmayan o "alovu" qaytara bilib. Ukrayna ilə cavab görüşü də bunu bir daha sübut etdi. Komanda hücumda çox yaxşı təsir bağışladı ki, bu da sevindirici məqam idi.

Oyunun ilk dəqiqələrindən millimiz qələbə əzmini ortaya qoydu. Elvin Cəfərquliyevin əla ötürməsini alan Nəriman Axundzadənin hesabı açmaq üçün yaxşı şansı olsa da, ukraynalı müdafiəçi topun qapı xəttini keçməsinə imkan vermədi. Bir qədər sonra Cəfərquliyev-Axundzadə tandemi yenə özünü göstərdi. Bu dəfə Nəriman topu bir toxunuşla qapıya göndərdi, lakin epizod Vitali Mikolenkonun avtoqolu kimi qeydə alındı. Bu qol Azərbaycan yığmasına fasiləyə bərabərliklə yollanmağa şərait yaratdı - xüsusən də Aleksey Qutsulyakın hesabı açmasından 15 dəqiqə sonra bərabərlik təmin olundu.

İkinci hissə daha da maraqlı keçdi. Oyun bəzən qarşılıqlı hücumlar şəklində davam edirdi, baxmayaraq ki, rəqib təşəbbüsü ələ almağa və oyunu diktə etməyə çalışırdı. "Sarı-göy"lər tez-tez uzaq məsafədən zərbələrə əl ataraq təzyiqi artırmaq istəyirdilər. Azərbaycan müdafiəsi ümumilikdə etibarlı təsir bağışladı, lakin bircə epizoddakı anlaşılmazlıq Ruslan Malinovskinin qoluyla nəticələndi.

Sonradan millimiz hesabı bərabərləşdirmək üçün irəli atıldı və bir neçə təhlükəli vəziyyət yaratdı. Toral Bayramov cərimə meydançasının kənarından güclü zərbə endirsə də, meydan sahiblərinin kapitanı Nikolay Matviyenko topun qarşısını kəsməyə nail oldu. Artıq əlavə olunmuş dəqiqələrdə isə Emin Mahmudovun cərimə zərbəsindən göndərdiyi top qapıdan bir qədər aralı keçdi.

Nəticədə Azərbaycan millisi bir top fərqi ilə (2:1) məğlub olsa da, məzmunlu və baxımlı futbol sərgilədi ki, bu da gələcəyə inam yaradır.

Oyundan sonra Ayxan Abbasovun sözləri yadda qaldı:

"Əgər əhval-ruhiyyə və döyüş ruhu varsa, yorğunluğu hiss etmirsən. Fiziki göstəricilərə görə, Emin Mahmudov komandada ən yaxşısıdır. Ola bilsin, artıq gücü qalmamışdı, amma baxın, oyunun sonunda necə möhtəşəm müdaxilə etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdılar, uduzmaq istəmirdilər. Oyundan əvvəl onlara dedim: "Yorğunluğu psixoloji problemə çevirməyin". Buna öyrəşmək lazımdır - turnir bunu tələb edir."

Bu qarşılaşma göstərdi ki, Azərbaycan millisində ruh, istək və potensial var. Bütün bu amillər bir araya gələndə gələcəyə plan qurmaq üçün əsas yaranır. Komandaya və onun oyunlarına maraq da artır, buna görə də noyabrda keçiriləcək son seçmə oyunlar böyük maraqla gözlənilir. 14 noyabrda Bakıda İslandiyanı, üç gün sonra isə Fransanı qəbul edəcəyik.

Beləliklə, millinin ifasında bizi gərgin, maraqlı, həyəcanlı qarşılaşmalar gözləyir.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Oxşar xəbərlər