top
Ulduz ovuna çıxan uşaqlar və ləğv edilən qollar: Azərbaycan-Fransa matçından reportaj Idman.biz
17 noyabr 2025, 12:17
- ↺ +

Ulduz "ovuna" çıxan uşaqlar və ləğv edilən qollar: Azərbaycan-Fransa matçından reportaj

Bu, Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki son matçı idi və artıq Tofiq Bəhramov adına stadionun yaxınlığına çatanda hiss olunurdu ki, qarşıda qeyri-adi bir axşam var. Arenaya doğru axışan izdiham, uzaqdan eşidilən "Azərbaycan! Azərbaycan!" şüarları, həyəcan - hər məqam göstərirdi ki, bu oyun sıradan bir matç olmayacaq.

Lakin tribunaların səsinə keçməzdən əvvəl bir gün əvvələ - komandaların mətbuat konfransına qayıdaq. Fransızlar mətbuat konfransına gələn kimi tərcüməçidən daha qısa danışmağı xahiş etdilər - onlar üçün məşq uzun cümlələrdən daha vacib idi. Jurnalistlərin çoxluğu isə bir həqiqəti ortaya qoyurdu: Bakıda qonaqlara azarkeş dəstəyi az olmayacaqdı.

Və əlbəttə, Mbappe ilə bağlı sualsız keçmək mümkün deyildi. Didye Deşam gülümsəyirdi - bu sualın gələcəyini əvvəlcədən bilirmiş kimi. Azərbaycanlı jurnalistlər soruşurdular ki, necə oldu Kilyan Ukraynaya qarşı 90 dəqiqə oynadı, amma sonra qəfil zədə aldı? Fransızların cavabları diplomatik idi, amma bir məna daşıyırdı: Azərbaycan ilk oyunda yaxşı təsir bağışlamışdı.

Hətta Azərbaycan millisinin mətbuat konfransında belə Mbappe "otaqdakı görünməz adam" idi - suallar yenə ona yönəlirdi. Yəni o, olmadığı yerdə də "var idi".

Baş məşqçi Ayxan Abbasova şanslar barədə sual verildi: son oyun, ev meydanı, Fransa - ehtiyat heyətlə. O isə sakit cavab verdi: "Hər şey mümkündür".

Konfransdan sonra bir fransız jurnalist azərbaycanlı həmkarının əlində "Neftçi" paketini görərək "Qarabağ" məhsullarını haradan almağın mümkün olduğunu soruşurdu. Görünür, "Qarabağ"ın uğurları fransızları da heyran edib.

Və nəhayət, matç başlayır…

Stadion hələ oyunadək dolmaq üzrə idi. Futbolçular isinmə hərəkətlərini edərkən, uşaqlar artıq əlində plakatlarla sədlərin yanında yer tutmuşdu.

Elə əvvəlcə bu plakatların Azərbaycan millisinə dəstək olduğu düşünülür. Lakin yaxınlaşdıqda ingilis və fransız dilində yazılmış adları görürsən. Məlum olur ki, Mbappenin yoxluğu ulduz futbolçulara olan marağı azaltmayıb. Uşaqlar sanki Jules Kunde və digər fransız oyunçularının formalarını "ovlamağa" gəlib. Onlar üçün oyun sanki ikinci planda qalır.

Futbolçuların adları səsləndirilir. Azərbaycan millisində ən gur alqışlar Bəhlul Mustafazadə və Emin Mahmudova ünvanlanır.

Start fitindən cəmi bir neçə dəqiqə keçir…

QOOOOL! Azərbaycan qol vurur!

Stadion partlayır. Hamı ayağa qalxır, qışqırır… Fransız oyunçular əlləri belində dayanıb baxırlar. Fransalı jurnalistlərdə isə gərginlik hiss olunur.

Belə başlanğıcı heç kim gözləmirdi. Azarkeşlər növbəti hücumlarda artıq telefonlarını hazır tuturlar – bəlkə yenə? Və doğrudan da, təhlükəli epizodlar az olmur.

Qısa müddət sonra stadion üzərində fransız azarkeşlərin "la-la-la-la" səsləri yüksəlməyə başlayır. Onlar sayca çox və kifayət qədər ucadırlar: böyük bayraq, megafon… Elə anlar olur ki, onların səsi Azərbaycan fan-klubunun səsini belə üstələyir. Bu, sakit və mülayim islandlar deyil. Fransızlar matç boyu dayanmaq bilmir, oxuyurlar. Onların "la-la-la" səsi bizim "hu-ha" səslərimizlə qarışanda stadionda iki dünyanın musiqili toqquşması yaranır.

…Amma fransızların cavabı çox gecikmir. Onlar qol vurmağa başlayırlar. Lakin iki qolu VAR ləğv edir və hər dəfə stadionda "Azərbaycan!" dalğası qopur. Artıq fransızların digər qollarında uşaqlar havada dördbucaq çəkib "VAR, VAR!" deyirlər - sanki bu sehrli işarə ilə hər şeyi ləğv etdirmək mümkündür.

Üçüncü qol isə Azərbaycan qapıçısının avtoqolu olur. Tribunadan kimsə ah çəkib deyir:

"Yəqin təsadüfən dəydi…"

Başqası əlavə edir: "Özümüz-özümüzə vururuq, fərqinə də varmırıq".

İkinci hissə isə daha sakit keçir. Tribunada azarkeşlər dalğa yaradır. Uşaqlar isə daim qaçır - ya avtoqraf ardınca, ya da futbolçuları izləmək üçün.

Bəziləri media zonasındakı Nuqzar Kvirtiyanı görüb fotoya qaçır. Başqaları eyvan hissədə Toral Bayramovu görür və ona köynəklər atmağa başlayırlar. Toral isə səbrlə hər birini imzalayır. Uşaqlar o qədər həyəcanlanır ki, bəziləri media zonasına keçmək üçün baryeri aşmağa da cəhd edir. Bir anlıq xaos yaranacağı hiss olunur, amma vəziyyət nəzarətdə qalır.

Matç 1:3 hesabı ilə başa çatır.

Mətbuat konfransında Didye Deşam bir daha rəqibin gücündən asılı olmayaraq hər komandanın hörmətə layiq olduğunu vurğulayır və sonda gözlənilmədən hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edir.

Ayxan Abbasov isə daha rahat görünür – sanki çiynindən ağır bir yük götürülüb. Jurnalistlər əsas sualları verirlər: onun gələcəyi, çətin dəyişiklik mərhələsi, planlar… Milli komandanın başında qalacaqmı? Hələlik cavab yoxdur.

Bizə isə yalnız gözləmək qalır. Çünki bu axşam bir daha göstərdi: futbolda həqiqətən də hər şey mümkündür.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Oxşar xəbərlər