top
Ukraynalı futbolçu: “Neftçi” əfsanəvi klubdur və bu, hər şeydə hiss olunur” - MÜSAHİBƏ İdman.biz
13 noyabr 2024, 12:58
- ↺ +

Ukraynalı futbolçu: “Neftçi” əfsanəvi klubdur və bu, hər şeydə hiss olunur” - MÜSAHİBƏ

"Neftçi"nin ukraynalı futbolçusu Andrey Ştoqrin AZƏRTAC-a müsahibəsi

- Artıq 4 aya yaxındır Azərbaycandasınız. Həm ölkəmiz, həm də çıxış etdiyiniz "Neftçi" klubu ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…

- Burada möhtəşəm ölkə, əla şəhər və gözəl insanlar gördüm. İlk gündən məni qonaqpərvərliklə qarşıladılar. Hər şeyə görə Azərbaycana təşəkkür edirəm. "Neftçi" isə ölkənin əfsanəvi klubudur. Bu, hər şeydə hiss olunur. Ona görə də bu komandada oynamaq mənim üçün şərəfdir.

- İlk dəfə legioner həyatı yaşayırsınız. "Neftçi"də özünüzü necə hiss edirsiniz?

- Burada özümü əla hiss edirəm. Gözəl futbol komandasında peşəkar məşqçilər korpusunun rəhbərliyi altında çıxış edirəm. Əla heyətimiz, futbol üçün hər cür şəraitin yaradıldığı böyük təlim-məşq bazamız var. Bir sözlə, burada hər şey məni qane edir. Bu böyük klubda ciddi uğurlar əldə etməyə çalışacağam.

- Bir müddət öncə komandada baş məşqçi dəyişikliyi oldu. Həmyerliniz Roman Qriqorçuku azərbaycanlı mütəxəssis Samir Abasov əvəzlədi. Sizcə, bu dəyişiklik komandaya nə verəcək?

- Hər iki məşqçi futbolu ürəkdən sevən və özünü bu işə həsr edən çox yüksək səviyyəli mütəxəssisdir. Hər birinin öz komandasına aşılamağa çalışdığı futbol fəlsəfəsi və oyuna baxışı var. Bu, komandanın oyununda da özünü büruzə verir. Ümid edirəm ki, dəyişiklik "Neftçi"nin yalnız xeyrinə olacaq.

- Roman Qriqorçuk "Neftçi"yə böyük ümidlərlə baş məşqçi təyin olunmuşdu. Amma komanda onun rəhbərliyi altında bir qələbə belə, qazana bilmədi. Necə düşünürsünüz, Ukraynalı mütəxəssisin Bakı klubunda işi niyə alınmadı?

- Roman Qriqorçuk öz sahəsinin əsl peşəkarıdır. Futbolu həqiqətən sevən və anlayan insandır. Amma bu, həyatdır və bəzən nəticəyə təsir edən müxtəlif səbəblər olur.

- "Neftçi" 13 turdan sonra 10 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komandanızın bu mövsüm gözlənilən səviyyədə çıxış etməməsinin səbəbini nədə görürsünüz?

- Fikrimcə, buna bir çox səbəb tapmaq olar. Amma bu, mənim vəzifəm deyil. Mənim işim meydanda mümkün qədər çox səy göstərməkdir ki, nəticələr fərqli olsun.

- Sizcə, "Neftçi"yə uğurlu nəticələr əldə etmək üçün bundan sonra nə qədər vaxt lazımdır?

- Bu suala cavabım yoxdur. Düşünürəm ki, biz düzgün istiqamətdə gedirik. Komandanın uğur qazanacağına və zirvədə olacağına əminəm.

- Bəs, öz çıxışınız barədə nə deyə bilərsiniz? Deyəsən, komandaya tam olaraq uyğunlaşa bilməmisiniz…

- Hər halda, uyğunlaşmaq üçün vaxt lazımdır. Amma məncə, bu, hazırkı nəticələrə görə kənardan belə görünür. İstənilən halda, Ukraynadan fərqli olan çempionata mümkün qədər tez uyğunlaşmalıyam. İnanıram ki, uğur qazanacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Oxşar xəbərlər